"Partiyalar hərəkat yaratmağa həvəsləniblər"
"Partiyalar nədənsə, son vaxtlar hərəkat yaratmağa həvəsləniblər".
Versus.Az xəbər verir ki, bu sözləri Ümid Partiyası ilə ADP sədrlərinin yeni yaradacağı hərəkatla bağlı açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli deyib:
"Bilirsiz ki, bu il bələdiyyə, gələn il parlament seckiləri keciriləcək. Belə bir şəraitdə partiyaların ittifaq yaratmaq istəkləri təbiidir. Yəni mövqeləri uzlaşan partiyalar bir arada olmağa cəhd edirlər, müəyyən birliklər yaradırlar".
Konkret ADP-Ümüd birliyinə gəldikdə, Ə.Məhərrəmli onların əvvəl də blok yaratdıqlarını xatırlatdı:
"Bir necə il qabaq hər iki partiya "Qarabağ" blokunda birləşmişdilər.
Yeni yaranacaq ittifaq həm də fəaliyyətdə olan birliklərdən kənarda qalanların birliyi sayıla bilər. Onların növbəti birgə fəaliyətlərinin nəticəsini isə zaman göstərəcək".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”