Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək

19:29 08-05-2019 | icon 513 | İqtisadiyyat
Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İngiltərə şirkəti arasında birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunub.

 

Versus.Az milli.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, institutun ərazisində belə bir müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda giləmeyvə sortlarının artırılması ilə bağlı layihənin icrasını həyata keçirmək, həmçinin fermerləri məhsuldar giləmeyvə şitil və tingləri ilə təmin etməkdən ibarətdir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, bu istiqamətdə işlərə 3 il əvvəl başlanılıb. İngiltərədən gətirilən çiyələk, moruq və böyürtkən bitkiləri sınaq müddətində institutun təcrübə bazasında becərilib. Bu bitkilərin yerli iqlim şəraitinə uyğunluğu, məhsuldarlığı istiqamətində müsbət nəticələr əldə edilib. Xarici şirkət nümayəndələri ilə həmin təcrübə sahələrinə baxış keçirildikdən sonra bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədəuyğun sayılıb.

İki ay müddətində yaradılması nəzərdə tutulan birgə müəssisədə işlər üç mərhələdə həyata keçiriləcək. Əvvəlcə İngiltərədən yerli iqlim şəraitinə uyğun giləmeyvə sortları gətiriləcək. Daha sonra həmin sortların şitil və tingləri yetişdirilərək artırılacaq. Son mərhələdə isə giləmeyvə becərmək istəyən fermerlər aşağı qiymətlə həmin şitil və tinglərlə təmin olunacaqlar.

 

İ.Qurbanov bildirib ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda müasir biotexnologiya laboratoriyası fəaliyyət göstərir. Gələcəkdə xaricidən gətirilən giləmeyvə sortlarının bu laboratoriyada artırılması və idxalın qarşısının alınması mümkün olacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı