Emin Millinin iqtidara pozitiv mesajları niyə qınanır? - SƏBƏBLƏR

09:37 09-05-2019 | icon 337 | Siyasət
Emin Millinin iqtidara pozitiv mesajları niyə qınanır? - SƏBƏBLƏR

“Meydan TV”nin sabiq rəhbəri mövqeyini, dostları isə ona münasibətini dəyişdi

 

Vaxtilə hakimiyyətin siyasətinin tənqidçilərindən olmuş keçmiş bloger, “Meydan TV”nin sabiq rəhbəri Emin Milli (Abdullayev) son vaxtlar iqtidarın addımlarına pozitiv mesajlar verməkdədir.

 

Versus.Az musavat.coma-a istinadən xəbər verir ki, sərt tənqidçilərdən olmuş E.Milli son statuslarında ölkədə gedən islahatları müsbət qiymətləndirir.

O, kənd təsərrüfatı naziri İnam Kərimovu həm Azərbaycan dövlətinə, həm Azərbaycan vətəndaşlarına, cəmiyyətimizə ən çox və keyfiyyətli xidmət edən məmurlardan biri hesab edir, “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi tarixi abidənin sökülməsini dayandıran I vitse-prezident Mehriban Əliyevanın reaksiyasını yüksək dəyərləndirir, hətta statuslarının birində yazır ki, müxalifətin içindən ona təzyiq göstərənlər olub.

 

Bu da öz növbəsində dünənə qədər onunla eyni mövqedə dayananlar tərəfindən birmənalı qarşılanmır, E.Milli qınanır.

Məsələn, onun İ.Kərimovu təqdir etməsi jurnalist Xədicə İsmayıl, tarixçi Altay Göyüşov, iqtisadçı Zöhrab İsmayıl, Ramiz Yunus və başqaları tərəfindən pis qarşılanıb. Hətta jurnalist Rövşən Əliyev eyham vurub ki, Eminin bu yolu “əməkdar jurnalist”liyə gedir.

Emin milli ile ilgili görsel sonucu

İndi çoxlarında sual doğurur ki, E.Millinin “Meydan TV”dən getməsinin arxasında nə dayanır? Son günlərdə mövqeyindəki dəyişikliklərin sirri nədədir? Hakimiyyətdən hansısa gözləntiləri varmı, yoxsa doğrudan da ölkədə gedən müəyyən siyasi-iqtisadi açılımları səmimi şəkildə müsbət hesab edir? 

 

Bəzi müşahidəçilərin fikrincə, E.Milli tezliklə Azərbaycana qayıda bilər. Onun yeni media layihəyə başlayacağı da istisna edilmir. Hətta parlament seçkilərində iştirakını ehtimal edənlər də  var.

 

Qeyd edək ki, E.Milli Almaniyada yaşayır. O, 2001-2002-ci illərdə Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində oxuyub.  1999-2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib.

2002-2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub.

2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib.

“Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi, “ANTV” (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir.

2009-cu il iyul ayının 8-də “Ol” Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbayel rayonu ərazisində yerləşən “Lebanes” restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Cinayətdə təqsirli bilinərək Səbayel Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, “Meydan TV”nin daha 3 əməkdaşının ölkədən çıxışına qadağa ləğv edilib.

Aytac Əhmədova ile ilgili görsel sonucu

Qadağası ləğv olunanlardan biri, jurnalist Aytac Əhmədova ONA-ya bildirib ki, mayın 7-də onların ölkəni tərk etmək qadağası götürülüb. Bu barədə onlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov məlumat verib.

A.Əhmədova ilə yanaşı, Tural Əsədi və Aytən Fərhadovanın da sərhəd qadağası ləğv edilib. A.Əhmədova əlavə edib ki, bu qadağa onlara 2015-ci ildə “Meydan TV” ilə bağlı başlanmış cinayət işində şahid qismində dindirildiklərinə görə tətbiq edilib. O, qadağanın götürülməsinə görə çox şad olduğunu, amma ölkədən getmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Natiq Cavadlı, Səlimə Cəlilova və yazıçı Rasim Qaracanın ölkədən çıxışına qoyulan qadağa götürülmüşdü.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR