"İslahatlar strateji məqsəd daşıyır"

14:25 09-05-2019 | icon 489 | İqtisadiyyat
"İslahatlar strateji məqsəd daşıyır"

Vüqar Bayramov: "Bu, həm də büdcəyə əlavə vəsaitlərin daxil olmasını təmin edib"

 

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və bu sahədə həyata keçirilən islahatlar strateji məqsəd daşıyır. Yanvarın 1-dən etibarən sahibkarlara verilən vergi güzəştləri, o cümlədən gəlir vergisinə 7 illik güzəşt sosial paket proqramlarının tətbiqi üçün münbit şərait yaradıb.

 

Versus.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya xidmətindən bildirilib ki, bu sözlərii iqtisadçı ekspert Vüqar Bayramov vergi sistemindəki dəyişikliklərdən sonrakı üç ayın nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu ilin birinci rübündə dövlət büdcəsində nəzərdə tutulduğundan 200 milyon manat əlavə vəsait yığılıb və həmin vəsaitlərin mühüm hissəsi vergi şəklində toplanıb:

 

“İslahatlar özəl biznesin fəaliyyətini stimullaşdırıb, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün geniş imkanlar yaradıb. İlin əvvəlindən başlanan islahatlar indiyədək mövcud olan, lakin dövlət nəzarəti orqanlarından gizlədilən iş və xidmətlərin bir hissəsinin rəsmiləşdirilməsinə gətirib çıxarıb. Birinci rübün yekunları da göstərdi ki, vergi və gömrükdən daxil olan vəsaitlərin həcmi proqnoz göstəricilərindən çoxdur".

 

V.Bayramov bu ilin ilk üç ayında əldə edilən nailiyyətləri həm də şəffaflığın və hesabatlılığın genişlənməsi ilə əlaqələndirib. Qeyd edib ki, şəffaflığın gücləndirilməsi, məşğulluğun leqallaşdırılması həm də büdcəyə əlavə vəsaitlərin daxil olmasını təmin edib. Məhz bunun sayəsində mart-aprel aylarından pensiya və sosial müavinətlərin artımını maliyyələşdirmək mümkün olub:

"Vergi və gömrük sistemində aparılan islahatlar olmasaydı, məşğulluğun leqallaşdırılması tədbirləri ləngidilsəydi, bu ilin birinci rübündə həyata keçirilən sosial islahat paketini də maliyyələşdirmək çox çətin olardı".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR