"BMT-ni öyrənərək kəşf et" adlı layihədə

13:31 10-05-2019 | icon 508 | Təhsil
"BMT-ni öyrənərək kəşf et" adlı layihədə

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qyorqiyevin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icra etdiyi "BMT-ni öyrənərək kəşf et" adlı layihəsi çərçivəsində 30-a yaxın tələbələrlə görüşərək onlar üçün təmsil etdiyi təşkilatın təqdimatını keçirib

 

Versus.Az -ın məlumatına görə, çıxışında V.Qyorqiyev iştirakçılara BMqT-nin tarixi, prinsipləri, təşkilatın qlobal layihələri, beynəlxalq, regional və ölkə daxili məsələlərdə onun rolu, nailiyyətləri, beynəlxalq və regional miqrasiya prosesləri, miqrantların potensialları və onların cəmiyyətə töhfəsi barədə ətraflı məlumatlar verib.

 

Tələbələr BMqT-nin Azərbaycandakı Missiyasının ölkəmizdə həyata keçirdiyi və yerli qanunvericiliyin təkmilləşdirilməsi, sərhədlərin idarə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, icmaların inkişafı, miqrantların könüllü qaytarılması və reinteqrasiyası, kəhrizlərin bərpasını nəzərdə tutan layihələrə böyük maraq göstəriblər.

Tədbirin sonunda Vladimir Qyorqiyev iştirakçıların suallarını cavablandırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...