Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş politoloq Sərkisyanı təkzib etdi

10:30 11-05-2019 | icon 425 | Siyasət
Tehrandakı Qarabağ danışıqlarında iştirak etmiş politoloq Sərkisyanı təkzib etdi

Tofiq Abbasov: “Xəbər gəldi ki, Şuşaya artıq ermənilər daxil olub, Ter-Petrosyan inanmadı və köməkçisinə tapşırdı ki...”

 

Versus.Az musavat.com-a istinadən bildirir:

 

Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdən devrildikdən sonra ilk dəfə jurnalistlərə danışıb. Mayın 8-də o, Şuşanın işğalı münasibətilə Azərbaycan ərazilərində keçirilən bayram tədbirlərinə qatılaraq Ermənistanın İctimai televiziyasının müxbirinin 27 il əvvəl baş verənlər haqda suallarını cavablandırıb.

 

Sərkisyan ənənəvi olaraq “Şuşanın alınması üçün hazırladıqları parlaq hərbi əməliyyat”, erməni səhra komandirlərinin “şücaətləri” haqda lovğalanıb. Amma Şuşanı ələ keçirməkdə onlara kömək edən əsas səbəb-Azərbaycanda o zaman hökm sürən siyasi xaos, çaxnaşma barədə də danışıb. Sərkisyan deyib ki, xeyli müzakirələrdən sonra Şuşaya dörd istiqamətdən hücum etməyi qərara almışdılar:

“Əməliyyata general Arkadi Ter-Tadevosyan başçılıq edirdi. Sərkisyanın bildirdiyinə görə, Şuşa əməliyyatının uğurunun əsasını 1992-ci ildə Azərbaycan ordusunun Daşaltı kəndini azad etmək üçün keçirdiyi uğursuz əməliyyat qoymuşdu. Hərçənd həmin döyüşlərdə bizdən də xeyli adam həlak oldu, amma Azərbaycan ordusunun da ən döyüş qabiliyyətli batalyonu darmadağın edildi".

 

Bu barədə məlumat yayan Virtualaz.org xatırladıb ki, uğursuz Daşaltı əməliyyatı ilə bağlı sonradan Azərbaycanda uzun müddət istintaq getmişdi, həmin əməliyyata o vaxtkı müdafiə naziri Tacəddin Mehdiyev şəxsən başçılıq edirdi. İstintaq müəyyən etmişdi ki, əməliyyatın planlaşdırılmasında yol verilən taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri  düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Sərkisyan da təsdiq edib ki, Şuşanın ələ keçirilməsinin başlıca səbəblərindən biri heç də ermənilərin şücaəti ilə bağlı deyildi, Azərbaycan tərəfdə hökm sürən siyasi oyunlar, xəyanət və yararsız hərbi rəhbərliklə əlaqəli idi.

 

Şuşa uğrunda əsl döyüşlər isə qabaqdadır...

 

Siyasi şərhçi Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında isə fərqli fikirlər söylədi:

 

“Sərkisyan əvvəlkitək yalan danışır. Şuşanı almaq üçün hansı dörd tərəfin mövcudluğundan bəhs etmək olar? Bu inandırıcı deyil. Şuşaya əsasən iki yol var idi, Xankəndindən və Laçından. Ondan qalan iki yol haradan çıxdı? Əslində sabiq prezident öz-özünü təkzib edir. Bir yandan deyir ki, onlar Şuşanı, guya ala biliblər, digər tərəfdən də o dövr Azərbaycan daxilində baş alıb gedən hərcmərclikdən danışır. Məhz ikinci amil Şuşanın əldən getməsini mümkün etdi. Əgər xəyanət və satqılıq olmasaydı, ermənilər Şuşaya daxil ola bilməzdilər. Qədim şəhərdən naməlum səbəblər ucbatından çəkilmiş Azərbaycan qoşunları ocaq. Allahın umuduna qoyduqdan sonra ermənilər Şuşaya daxil ola bilmişlər, atışmasız-filansız. Həm də onlar xeyli müddət cürət belə edə bilməyiblər ki, hücuma keçsinlər. Kəşfiyyatçılar əmin olduqda ki, Şuşada Azərbaycan ordusu yoxdur, ermənilər şəhərə daxil olublar... Odur ki, onların ”Şuşanı aldıq" demələri düzgün deyil. Şuşa onlara təhvil verilib".

 

T.Abbasov ilginc məlumatı da açıqladı. Dedi ki, Tehrandakı Qarabağ danışıqları zamanı o da İran paytaxtında olub, AzTV-nin çəkiliş qrupunun tərkibində:

 “Mən Tehranda Yaqub Məmmədovla Ter-Petrosyan görüşünün şahidiyəm. Mayın 8-sə səhər saat 10.30 radələrində prezident Rəfsəncaninin iqamətgahında atəşkəs barədə İranın vasitəçiliyi ilə müqavilə imzalanmaqdan əvvəl xəbər gəldi ki, Şuşaya artıq ermənilər daxil olub. Ter-Petrosyan inanmadı və köməkçisinə tapşırdı ki, O İrəvana zəng etsin. Çox geçmədi ki, köməkçi təsdiqlədi xəbəri. Bu həm də erməni rəhbəri tərəfindən sürpriz kimi qarşılandı...”

 

Belə çıxır ki, S.Sərkisyan L.Ter-Petrosyanın iradəsinin əleyhinə çıxıb? T.Abbasov bu suala cavabında dedi:

“Xeyr. Sərkisyan faktiki olaraq ön xətdə idi, Ter-Petrosyan isə prezident idi. Onlar o zaman həmahəng və çiyim-çiyinə mübarizə aparırdılar. İran isə İraq müharibəsindən yenicə çıxmışdı deyə, həm öz bölgə lideri kimi nüfuzunu bərpa etmək istəyirdi, həm də şimal sərhədləri boyunca qaynar bölgənin olmasını istəmirdi. İranın vasitəçiliyinə isə bütün maraqlı tərəflər zidd idilər. İmzalanma mərasimə başlayar-başlamaz, xəbər gəldi”.

 

Ekspert dedi ki, əslində, nə Rusiya, nə də Türkiyə İranın vasitəçiliyini arzu etmirdilər:

“Yəni, onlar daha çox İran diplomatiyasının uğurundan çəkinirdilər. Ter-Petrosyan əlbəttə ki, Şuşa planı haqda məlumatlı idi, lakin inanmırdı ki, bu şəhər çox asan tərzdə və itkisiz onların əlinə keçsin”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB