"Bu, qadınların özlərinə inamının artması ilə izah oluna bilər"

12:44 13-05-2019 | icon 349 | Siyasət
"Bu, qadınların özlərinə inamının artması ilə izah oluna bilər"

Dünyada Azərbaycan qədər qadınların hüquqlarının müdafiəsini təmin edən güclü qanunvericilik bazasına malik çox az ölkə var.

 

Versus.Az xəbər verir ki, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüquqlarının verildiyi ilk ölkə olduğu unudulmamalıdır:

 

"Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir. Cəmiyyət qadınların hüquqlarına diqqət yetirməlidir, çünki cəmiyyət inkişaf edə bilməz. Bu gün Azərbaycanda çox güclü balanslaşdırılmış gender siyasəti həyata keçirilir".

 

H.Hüseynova qeyd edib ki, Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərində qadınların təmsilçilik göstəricisi 4 faiz idi:

"Biz araşdırdıq və gördük ki, bunun əsas səbəbi qadınların özlərinə inamsızlığı idi. Bu gün aparılan tədbirlər sayəsində bələdiyyə orqanlarında qadınların təmsilçilik faizi 35-ə yüksəlib. Amma bu göstərici də bizi qane etmir. Biz istəyirik ki, hər seçkidə qadınların sayı daha da artsın".

 

Komitə sədri əlavə edib ki, hazırda Azərbaycanda qadın hüquqları üzrə fəaliyyət göstərən təşkilatların sayı 200-dən çoxdur. Bu da qadınların özlərinə inamının artması ilə izah oluna bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı