"Paşinyanın məntiqsiz bəyanatları daxili auditoriya üçün keçərlidir"

17:04 14-05-2019 | icon 541 | Siyasət
"Paşinyanın məntiqsiz bəyanatları daxili auditoriya üçün keçərlidir"

Sevinc Fətəliyeva: "Ermənistan həqiqətən sülh istəyirsə, zəbt etdiyi torpaqları azad etməlidir"

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında həlli dövlətimizin xarici siyasətində başlıca yer tutur. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

 

Bunu Versus.Az-a Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, tərəflər arasında atəşkəs sazişinin imzalanmasından artıq 25 il ötür. Lakin Ermənistan tərəfi bu günədək münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqe ortaya qoymayıb:

 

"Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar ziddiyyətlidir və buna biganəlik, sadəcə, təəssüf doğurur. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etmək gücündə deyil. Bu günədək onun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən hiss olunur ki, o, atəşkəs rejimindən sui-istifadə edir və bununla da öz məqsədlərini həyata keçirməyə çalışır. Paşinyan sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə siyasətdən bir daha uzaq olduğunu sübuta yetirir. Onun məntiqsiz bəyanatları daxili auditoriya üçün keçərlidir. Bununla o, hakimiyyətdəki mövqeyini saxlamağa çalışır və beynəlxalq ictimaiyyəti aldatmaq mövqeyini ortaya qoyur. Reallıq isə bundan ibarətdir ki, Azərbaycanın torpaqları hələ də işğal altındadır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu sənədlərə əməl etməlidir".

 

Parlament rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq:

"Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüququn normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, özünün gələcəyi və inkişafının yeganə yolu yalnız və yalnız işğalçılıq siyasətinə son qoymasından, zəbt etdiyi torpaqları dərhal tərk etməsindən asılıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB