Kartof insanı belə ZƏHƏRLƏYİR - Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ

16:04 15-05-2019 | icon 434 | Sağlamlıq
Kartof insanı belə ZƏHƏRLƏYİR - Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ

Doğru şəraitdə saxlanılmayan kartof cücərmiş formada yeyilərsə, insanı zəhərləyə bilər.

 

Versus.Az xəbər verir ki, mütəxəssislər kartof yedikdən sonra ürəkbulanma, boğazda yanğı və baş ağrısı kimi problemlər yaranan zaman həkimə müraciət etməyi qətiyyətlə tövsiyə edir.

Toxluq hissi verməkdə vazkeçilməz olan kartof C və B vitaminləri, kalium mineralı ilə zəngindir. Lakin onun faydaları qədər düzgün istifadə olunmadıqda zərərli cəhətləri də var. Bitkilər göbələk və həşərat kimi faktorlardan özlərini müdafiə etmək üçün toksiki maddələr istehsal edir. Məhsulların saxlandığı anbarın temperaturu, daşınma zamanı mexaniki zədə almaq, zərərli böcəklər bu toksiki maddələrin çoxalmasına səbəb olur və insanın həyatını təhlükəyə atar. Kartofon tərkibində sözügedən zərərli maddə kateqoriyasına daxil olan "solanin" mövcuddur.

Günəşin altında və ya nəm yerdə saxlanılan kartofda bu maddənin miqdarı artır. Solaninin artması xlorofil sintezini işə salır və beləliklə, kartofun rəngi sarıdan yaşıla çevrilir. Yaşıllanmaqla bərabər, zəhərlənmə təsiri də yaranır.

Buna görə də yaşıllaşmış kartofdan imtina edilməli və məhsul quru, işıq olmayan yerdə saxlanılmalıdır.

"Solanin" zəhərlənməsinin simptomları ürəkbulanma, qusma, izhal, mədədə ağrı, boğaz yanması və baş ağrısıdır. Ciddi zəhərlənmələr hətta ölümlə nəticələnə bilər.

Ramazan ayında isə həftə ərzində 3-4 dəfə olmaqla, kartofdan istifadə məsləhət görülür. (publika.az)

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR