Deputat: "Azərbaycanın hər bir uğuru anti-milli qüvvələri narahat edir"

13:48 16-05-2019 | icon 421 | Siyasət
Deputat: "Azərbaycanın hər bir uğuru anti-milli qüvvələri narahat edir"

Prezident İlham Əliyev Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu.

Versus.Az Trend-ə istinadən bildirib ki, Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

Deputat vurğulayıb: "Dövlət başçımız, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyan etdi ki, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bununla yanaşı, Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarına çıxarılması, nəqliyyat dəhlizlərinin yaradılması və digər mühüm məsələlər gündəmdə oldu. Azərbaycanın Avropa İttifaqı ilə çox səmərəli və işgüzar münasibətlərinin olduğu bir daha qeyd edildi".

C.Osmanov bildirib ki, Azərbaycanın hər bir uğuru anti-milli qüvvələri narahat edir və onların fəallaşmasına səbəb olur:

“İstər daxildə, istərsə də xaricdə Azərbaycanı sevməyən qüvvələr erməni lobbisinin dəstəyi altında Azərbaycanın inkişafına şər və böhtanla kölgə salmaq istəyirlər”.

Millət vəkilinin sözlərinə görə, həm daxildə radikal müxalifət, həm də xaricdə yaşayan bəzi anti-Azərbaycan ünsürlər ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar: "Lakin həmin qüvvələr heç nə əldə edə bilmirlər, çünki Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Prezident İlham Əliyevin apardığı müstəqil siyasət yalnız dövlət və milli maraqlara xidmət edir. Ona görə də belə ünsürlərin Azərbaycan xalqı arasında heç bir yeri yoxdur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR