Deputatlar Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər

15:07 17-05-2019 | icon 357 | Siyasət
Deputatlar Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər

Milli Məclisin deputatları Gürcüstanda haqqında iddialar səsləndirilən Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər.

 

Versus.Az-ın  məlumatına görə, deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan arasında dostluq daim davam etməlidir. Çünki bu dostluq tarixi ənənəyə söykənir: “Bu, bizim üçün də önəmlidir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində imkan verdik ki, gürcü xalqının bir sıra nümayəndələri “pasxa” bayramını keçirsinlər. Onlar isə “Keşikçidağ”da aksiya keçirərək Azərbaycanın dövlət müstəqilliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir".

Deputat Fərəc Quliyev də bu gərginliyin aradan qaldırılmasının vacibliyini qeyd edib. O deyib ki, “Keşikçidağ” Azərbaycan ərazisidir.

Qənirə Paşayeva bu məsələnin Azərbaycanın maraqları çərçivəsində həll ediləcəyinə inandığını bildirib:

"Azərbaycan Gürcüstanla münasibətlərdə həmişə həssas davranır, ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi mədəniyyət abidəsi deməlidir, David Qareci kilsəsi yox”.

Millət vəkili Nəsib Məhməliyev də Keşikçidağla bağlı səslənən iddiaları qəbuledilməz sayıb: “Bu polemikalar səngiməli, komissiyalar intensiv fəaliyyət göstərməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR