Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər

17:19 17-05-2019 | icon 381 | Gündəm
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər.

 

Versus.Az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova Prezident İlham Əliyevin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib. Dövlətimizin başçısı ordeni İrina Viner-Usmanovaya təqdim etdi.

 

Prezident İlham Əliyev Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanı Azərbaycanın yüksək mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik etdi və onun ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya Azərbaycanda gimnastika məktəbinin yaradılması işinə verdiyi böyük töhfəyə görə də minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İrina Viner-Usmanovanın təkcə Azərbaycanda deyil, dünya idman ailəsində böyük nüfuza malik olduğunu qeyd edərək məhz onun səyləri nəticəsində Rusiya gimnastlarının da uzun illərdir yüksək nəticələr göstərdiyini vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən İrina Viner-Usmanova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ona göstərilən diqqətdən böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. O, birinci xanım Mehriban Əliyevanın Azərbaycanda bədii gimnastika növünün əsasının qoyulmasında və inkişafında xüsusi rolunu yüksək qiymətləndirdi. İrina Viner-Usmanova Azərbaycanda bədii gimnastika növünə göstərilən qayğıdan danışaraq Bakıda çox möhtəşəm gimnastika arenasının inşa edildiyini qeyd etdi. Azərbaycana səfərlərindən məmnunluq hissini ifadə edən İrina Viner-Usmanova ölkəmizə hər gəlişi zamanı böyük inkişaf proseslərinin, yeni-yeni memarlıq nümunələrinin şahidi olduğunu vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR