Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

20:06 18-05-2019 | icon 405 | Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Beynəlxalq Muğam Mərkəzinin “Nəsimi ili” çərçivəsində təqdim etdiyi növbəti layihə Xalq artisti Eyyub Yaqubovun “Nəsimi işığında” adlı ədəbi-musiqili gecə olub.

Versus.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, 13 may tarixində baş tutan tədbir Nəsimi yaradıcılığı və müasir düşüncə, Nəsimiyə fərqli baxış üzərində qurulub.

Ədəbi-musiqili gecədə Nəsiminin şeirləri və Xalq artistinin repertuarında bu ruha yaxın olan mahnılar tamaşaçılara təqdim edilib. Belə ki, Nəsimi poeziyasının işığında Mikayıl Müşfiqin, Hüseyn Cavidin və digər klassik şairlərimizin sözlərinə bəstələnmiş musiqilər bir-birini əvəzləyib. Eyyub Yaqubovun və aktyorların mahnılararası söylədiyi qəzəllər isə tamaşaçıları sanki əhli-hal etməklə öz düşüncələri ilə baş-başa buraxıb.

Beynəlxalq Muğam Mərkəzin səhnəsində ilk dəfə çıxışı ilə bağlı açıqlama verən Eyyub Yaqubov bildirib ki, Beynəlxalq Muğam Mərkəzində Nəsimi ilə bağlı layihə işləmək elə də asan deyil: "Bu ədəbi –musiqili gecə şəxsi ideyam idi və məqamı bu günə təsadüf etdiyi üçün, layihənin reallaşmasından çox məmnunam. Bilirsiniz ki, Beynəlxalq Muğam Mərkəzi mötəbər konsert salonlarımızdan biridir və mənə doğma məkandır. Çünki, muğam sənətinin ustadı sayılan, Xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblında uzun müddət çalışmışam. Muğamın ruhuna bələd olduğum üçün özümü Muğam Mərkəzin səhnəsində çox rahat hiss edirəm".

“Küllü-zaman içrə saat yarım” təəssüratı ilə tamamlanan konsert proqramında musiqiçilər irfan musiqisi, insan və zaman anlamında tamaşaçılara Nəsiminin qəzəllərində onun hürufi dərviş və haqq aşiqi obrazları ilə yanaşı, bir də arif şəxsiyyətinin cizgilərini daha qabarıq nəzərə çarpdırıblar. Bu konsert həm də bir daha Eyyub Yaqubov sənətini sevənlərə müğənninin fərqli yaradıcı və hərtərəfli potensialını nümayiş etdirib. Onun ədəbiyyat və sənət, musiqi və kainat, səs və zaman, düşüncə və duyğuları bu layihədə dolğun şəkildə özünü göstərib.

 

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində növbəti dəfə Nəsimiyə sevgidən ərsəyə gələn layihədə şairin söz ümmanından damlalar səpilib, Azərbaycan musiqisinin möhtəşəmliyi nümayiş olunub. Bu söz ümmanının karvanına sarvan olanlar isə Xalq artisti Eyyub Yaqubovla birlikdə rəngarəng musiqi repertuarı ilə hər zaman dinləyicilərin zövqünü oxşayan "Hicaz” ansamblı olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR