"ATƏT-in Minsk Qrupu Nikol Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir"
Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin formatının dəyişdirilməsi haqqında populist bəyanatları bu ölkənin Azərbaycanla predmet danışıqlar aparmağa hazır olmadığını göstərir.
Versus.Az bildirir ki, bunu trend-ə politoloq Arzu Nağıyev N.Paşinyanın rusiyalı jurnalistlərlə görüşündə verdiyi bəyanatı şərh edərkən deyib.
Politoloqun fikrincə, Ermənistan rəhbərliyi bu cür bəyanatlarla Dağlıq Qarabağ ətrafındakı status-kvonu saxlamaq istəyir: "Erməni nazir son dərəcə ziddiyyıtli siyasət nümayiş etdirir. Bir tərəfdən, yüksək səviyyəli görüşlər zamanı o, substantiv danışıqların əhəmiyyətli komponentləri ilə, məsələn, humanitar əməkdaşlıq kimi - guya razılaşır. Digər tərəfdən isə hər dəfə Yerevana qayıtdıqdan sonra qeyri-adekvat bəyanatlar səsləndirməyə başlayır. Bu bəyanatların isə məqsədi Dağlıq Qarabağda status-kvonun saxlanılmasıdır. Aydırdır ki, bu bəyanatlar ilk növbədə faktiki olaraq Paşinyanı hakimiyyətə gətirən daxili auditoriyaya hesablanıb. Ermənistanın Baş naziri bu cür üsulla Yerevanın küçələrində mitinqlər zamanı verdiyi sözlərə sadiq qaldığını nümayiş etdirmək istəyir".
A.Nağıyev qeyd edib ki, Ermənistan hakimiyyətinin bu cür bəyanatları beynəlxalq hüququn prinsipləri və qanunlarına tam ziddir: ",Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrində yer alan bəndlərdən heç birini yerinə yetirmir. Hesab edirəm ki, Ermənistan tərəfinin bəyanatları ATƏT-in Minsk Qrupunun diqqətindən kənarda qalmamalıdır. Məhz Minsk Qrupunun həmsədrləri olan 3 ölkənin hər biri birmənalı qaydada Ermənistan rəhbərliyinin cəfəng fikirlərinə reaksiya verməlidir və bu ölkənin BMT qətnamələrinə əməl etməsini, Azərbaycanın işğal edilmiş ərazilərindən silahlı qüvvələrinin çıxarmasını təmin etməlidir. Lakin ATƏT-in Minsk Qrupu N.Paşinyanın həm Yerevanda, həm də onun işğal edilmiş ərazilərə səfərləri zamanı səsləndirdiyi "böyük" bəyanatlara reaksiya vermir".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini sürətləndirməyin zəruri olmadığını bildirib: "Biz bu prosesi sürətləndirməyəcəyik, lakin əngəl də olmayacağıq, çünki münaqişə var və onu unutmaq məqsədəuyğun deyil".
Bununla belə Baş nazir deyib ki, münaqişəni Dağlıq Qarabağda yaradılmış qondarma rejimi danışıqlar prosesinə cəlb edərək nizamlamaq olar.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”