“Bu ittifaqdan fövqəladə nəsə gözləmirəm”

18:28 20-05-2019 | icon 386 | Siyasət
“Bu ittifaqdan fövqəladə nəsə gözləmirəm”

Əlabbas Məhərrəmli: “Parçalanmanın labüdlüyü əvvəldən də hiss olunurdu və bu, baş verdi”

 

Son günlər siyasi cameənin ehtimallarına görə, Azərbaycan müxalif cəbhəsində yeni bir canlanmanın olacağı gözləniləndir. Hətta bir çoxları bunun artıq baş verdiyini iddia edir. Bir çoxları bunu Əli İnsanovla əlaqələndirir, bir qism isə yeni yaranan "Ümid-ADP" müttəfiqliyini önə çəkirlər. Lakin bu məsələyə yanaşmalar təbii ki, birmənalı deyil.

 

Siyasi ekspert Əlabbas Məhərrəmli Versus.Az-a bildirib ki, hələ ötən ilin sonlarından etibarən müxalifət düşərgəsində müəyyən canlanma var. Prosesin açıq müşahidə olunduğunu deyən ekspert məhz bu canlanmanın nəticəsində Azərbaycan Xalq Hərəkatının yarandığını qeyd edib:

 

“Əli İnsanovun həbsdən azadlığa buraxılması da onun ətrafında müəyyən təşkilatlanmanın başlayacağı haqda qənaətlərə əsas yaratdı. Bir qədər əvvəl isə ADP və Ümid yenidən bir araya gəlməyə qərar verib. İnsanov hələ ki, nə təşkilat, nə də fərd olaraq, meydanda deyil. Özü də müsahibəsində bildirib ki, partiyasını formalaşdırmaqla məşğuldur. ADP ilə Ümidin bundan əvvəlki əməkdaşlığını gördüyümüz üçün bu ittifaqın fövqəladə nəsə edəcəyini gözləmirəm”.

 

Bir qədər öncə AXH-nin parçalanacağı barədə proqnozunun gerçəkləşdiyini deyən Ə.Məhərrəmli, hazırkı prosesdə AXH və İnsanovun əməkdaşlıqla bağlı adlarının bir araya gətirilməsini hələlik mümkünsüz sayıb:

 

“Bəli, AXH-də parçalanmanın labüdlüyü əvvəldən də hiss olunurdu və bu, baş verdi. Parçalanmanın nədən qaynaqlanmasına dair tərəflərin öz versiyaları var və onlardan hansının haqlı olub-olmadığına qarışmaq istəmirəm. Əli İnsanov son müsahibəsindəki bəzi fikirlərə görə kəskin tənqid olundu. Onun tənqidçiləri əsasən AXH rəhbərləri olduğu üçün Hərəkatla İnsanovun ittifaqı bu an üçün mümkünsüz görünür”.

 

O ki, qaldı siyasi partiyaların seçkilərə hazırlığı ilə bağlı məlumatların gündəmə gətirlməsinə və növbədənkənar seçki ilə bağlı versiyalara ekspert bu məqama da birmənaı yanaşmayıb:

 

“Bilirsiz ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda söhbətlər səngimir. Bu məlumatlar təkzib olunsa da, müzakirələr davam etməkdədir. İndiki şəraitdə partiyaların sırf seçki hazırlığı ilə məşğul olduqları müşahidə edilmir. Partiyalar və onların rəhbərləri gözləmə vəziyyətindədirlər. Onlar bəlkə də müəyyən hazırlıqlara başlayıblar, ancaq bu, hələ ki görünmür”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR