“Diaspora təşkilatlarımızdan Fuad Abbasova yetərli dəstək verilmir”

19:12 21-05-2019 | icon 425 | Siyasət
“Diaspora təşkilatlarımızdan Fuad Abbasova yetərli dəstək verilmir”

Əlabbas Məhərrəmli: “Təəssüf ki, Moskvadakı səfirliyimiz bu ana qədər məsələyə müdaxilə etməyib”

 

“Fuad Abbasovun o şəkildə saxlanılması və əsassız güc tətbiqinə məruz qalması əlbəttə ki, yolverilməzdir və pislənməlidir. Hələ məlum deyil ki, Fuad Rusiya ərazisinə qanunsuz daxil olub, ya yox, ancaq polis ona qarşı çox qəddarlıqla davranır. Bu da azmış kimi, hələ onun videosunu çəkib paylaşıblar. Mən bunu rusların dili ilə desək, tam "bespredel" hesab edirəm".

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli bildirib. Onun sözlərinə görə, təəssüf doğuran digər əsas məqam bundan ibarətdir ki, Moskvadakı səfirliyimiz bu ana qədər məsələyə müdaxilə etməyib:

 

"Əslində isə xarici ölkədə vətəndaşımızın hüququnu qorumalı olan ilk instansiya məhz səfirliyimizdir. Rusiyadakı səfirliyimizin rəhbərliyi niyə səsini çıxarmır, anlamaq çətindir. Eyni zamanda, diaspora təşkilatlarımızdan da Fuad Abbasova yetərli dəstək verilmir ".

 

Ə.Məhərrəmli bildirib ki, Fuad Abbasov Rusiya telekanallarında müntəzəm olaraq çıxış edən, Azərbaycanın və Türkiyənin mövqeyini müdafiə edən şəxsdir:

 

"Bunu nəzərə aldıqda, Fuada qarşı o davranışın Rusiya hakimiyyətindən qaynaqlandığını düşünmək çətinləşir. Mən bəzi reaksiyaları da izləyirəm və həmin fikirlərdə Fuada qarşı bu özbaşınalığın bizim bəzi başabəla diaspora təmsilçilərinin sifarişi olduğuna dair yanaşmaları daha inandırıcı sayıram. Bu, bəlkə də yanlış qənaətdir. Ancaq bu ana olan vəziyyət daha çox belə düşünməyə əsas verir”.

 

Sevda
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR