“ABŞ-İran qarşıdurmasında Aİ Vaşinqtonun deyil, Tehranın müttəfiqidir”

14:34 23-05-2019 | icon 519 | Geopolitika
“ABŞ-İran qarşıdurmasında Aİ Vaşinqtonun deyil, Tehranın müttəfiqidir”

ABŞ-la İran arasında gərginliyin artdığı bir vaxtda Avropa İttifaqı hər iki tərəfi bu gərginliyin daha da artmasının qarşısını almağa çağırıb. Avropa İttifaqı 2015-ci ildə Tehranla əldə olunan nüvə razılığını xilas etməyə çalışır. Vaşinqton isə Avropaya razılıqdan geri çəkilməsi üçün təzyiq göstərir. Avropa İranın küncə sıxıldığından və bu vəziyyətə verəcəyi cavabın region üçün təhlükəli nəticələrinin ola biləcəyindən narahatdır.

 

Avropa İttifaqının xarici siyasət idarəsinin sədri Federika Mogerini bildirib ki, biz elə bir mühüm, incə bir zamanda yaşayırıq ki, bizim sərgiləyə biləcəyimiz ən münasib və ən etibarlı mövqe maksimum dərəcədə təmkin göstərib, hərbi gərginliyin qarşısını almaqdır.

Avropa İttifaqı ABŞ-İran münasibətlərinin normallaşması üçün cəhdlər edir. Aİ-nin vasitəçiliyinin ciddi təsirləri ola bilərmi?

Versus.Az xəbər verir ki, politoloq Nəzakət Məmmədova bildirib ki, Avropa İttifaqı vasitəçiliyinin həlledici təsiri olacağı inandırıcı deyil. Ən azından ona görə ki, əgər Avropa İttifaqı bu məsələdə təsir imkanlarına malik olsaydı, ABŞ  ümumiyyətlə Avropa ölkələrinin də iştirakçısı olduğu nüvə sazişini denonsasiya etməzdi və İrana qarşı sanksiyalar tətbiq edilməzdi: “Bu fakt Avropa diplomatiyasının bu məsələdə zəif olduğunu sübut etdi. Avropa İttifaqı hər nə qədər çalışsa da, bu məsələdə onun gücsüz olduğu ortaya çıxdı. Bu, bir sıra amillərlə bağlıdır. Əsas amillərdən biri ondan ibarətdir ki, ABŞ-İran qarşıdurmasında Avropa İttifaqı Amerikanın deyil, İranın müttəfiqidir, Avropa İttifaqı neytral tərəf deyil və təbii ki, Vaşinqton strateqləri bunu çox gözəl bilir. Belə bir şəraitdə qarşıdurmada tərəf kimi öz maraqları olan Avropa İttifaqının vasitəçilik səyləri səmərəli ola bilməz, çünki vasitəçi, yaxud moderator bitərəf, neytral olmalıdır. Bu, vasitəçilik institutunun əsas şərtidir. Avropa İttifaqı isə bu kriteriyalara uyğun gəlmir”.

Politoloq onu da deyib ki, üstəlik, moderatorun vasitəçilik səylərinin nəticə verməsi üçün onu münaqişə tərəflərinin hər ikisi qəbul etməyə razılaşmalıdır, yaxud özləri ondan vasitəçi olmağı xahiş etməlidir: “Avropa İttifaqını İran vasitəçi kimi qəbul etsə də, Donald Tramp adminstrasiyası qəbul etmir, hərçənd ki, Altılıq sazişi imzalananda hər iki tərəf buna razı olmuşdu. İndi isə Vaşinqton siyasi-hərbi elitasının böyük bir qismi Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış nüvə razılaşmasından imtina edib İranı təhdid, güc yolu ilə hədələmə ritorikasına keçib, sanksiyalar tətbiq edilib və Avropa İttifaqının vasitəçiliyinə son qoyulub və ABŞ İranı özünə sərf edən danışıqlar masasına əyləşməyə təhrik etməyənədək bu ritorikasına davam edəcək və Avropa İttifaqına vasitəçi kimi ehtiyac görməyəcək.

Təbii ki, İranda geosiyasi, enerji, investisiya maraqları olan Avropa İttifaqı Vaşinqtona səmimi təsir bağışlamır. Üstəlik, 1979-cu ildə ABŞ və İsraili İrandan uzaqlaşdırmaq planı Avropa İttifaqı tərəfindən həyata keçirilən inqilab yolu ilə başa çatdı və İran Avropa İttifaqının ən yaxın müttəfiqinə çevrildi".

Ä°lgili resim

N.Məmmədova vurğulayıb ki, bunlardan başqa, Çin və Avropa İttifaqı ABŞ-a qarşı güc tarazlığı yaratmağa çalışan əks qütbdə təmsil olunan müttəfiqlərdir və İranın müttəfiqi Avropa İttifaqının bu məsələdə Vaşinqtona deyil, Tehrana tərəfkeşlik etməsi aydın müşahidə olunur: “İranı investisiya, maliyyə, hətta kəşfiyyat məlumatları ilə təmin edən Avropa İttifaqı şübhəsiz ki, Vaşinqtonun maraqlarına zidd siyasət həyata keçirməklə ona və müttəfiqlərinə-xüsusilə İsrailə qarşı əks cəbhədə Tehranın yanında yer almış olur.

Bundan başqa, İran ABŞ-ın ticarət savaşı apardığı Çinlə Avropa İttifaqı arasında halqa ölkələrdən biridir və Yaxın Şərqdə Türkiyə, Rusiya, Avropa İttifaqı ilə yanaşı Çinlə də daha yaxın münasibətlərə malikdir. Çinin dünya əhalisinin 63 faizinin yaşadığı “Bir kəmər, bir yol” meqalayihəsini dəstəkləyən Avropa İttifaqı ilə yanaşı İran da bu məsələdə Vaşinqton qarşısında geri çəkilməyərək zidd mövqedə dayanır və həm Çinin tərəfdaşı, həm də Yaxın Şərqdə İsrail və Səudiyyə Ərəbistanı kimi Amerika müttəfiqlərinə qarşı mübarizə aparan İranla istənilən yaxın müttəfiq, xüsusilə Avropa İttifaqı Vaşinqtonun nəzərində nəinki müttəfiq statusunu itirib, hətta etibarlı vasitəçi olmağa layiq deyil".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR