"Turalın sağ əli bir çox qələm pərgarlarının başına"

15:08 23-05-2019 | icon 905 | Ədəbiyyat
"Turalın sağ əli bir çox qələm pərgarlarının başına"

Əbülfəz Əhməd: "Vaxtı gələndə, bu yaşlı və usta yazarların vaxtı keçmiş axta qələmləri korşalmış olacaq"

 

ƏBÜLFƏZ ƏHMƏD

/Yazıçı-publisist/

 

"Kamikadze-1" romanındakı olayları elə bil ki, Tural İrfan deyil, tarix özü danışır. Daxilində riya gizlənmiş bəlağət, şişirtmə, təbiət təsviri yoxdur, yazılan hər bir cümlə qoca tarixin sirli qatlarına canlı bir ekskursdur, səyahətdir. Kitabda yazılanlar reallığa əsaslanır. Dil canayatandır. İman işığında yazılmış və çox orijinal bir romandır.

 

Turalın sağ əli bir çox qələm pərgarlarının başına. Onlar hələ vaxt keçsin deyə düşünürlər. Vaxtı gələndə, bu yaşlı və usta yazarların vaxtı keçmiş axta qələmləri korşalmış olacaq...

Əsər o qədər qiymətli, faktlar o qədər dəqiqdir ki, buna hər hansı bir qiyməti vermək, onu dəyərdən salmaq kimi bir şeydir deyə fikirləşirəm. Bu tarixdir, bunu təkrar və kütləvi tirajla çap etmək arzu olunan və vacibdir!

 

Eşitdiyimə görə bəzi erməniyosunlular artıq Tural İrfana hücuma keçiblər ki, dayılarını olduğu kimi səciyyələndirib. Hər hansı bir müsbət arqumentləri varsa qoysunlar ortaya. Qatlaşdığı sonsuz əzab- əziyyətlərə, belə bir gözəl əsəri ərsəyə gətirdiyinə görə Tural İrfana təşəkkürdən, bu fürsəti Ona və bir oxucu kimi bizə verdiyinə görə uca Allaha şükranlığımı bildirməkdən başqa bir şey əlimdən gəlmədi...

 

Yaşasın!
/Tural İrfan üçün/

 

Oxudum kitabı, ay Tural İrfan,
Çox gözəl alınıb yazdığın roman.
Sənin qələmindən çıxan sətirlər,
Sandım ki, tarixin dilindən gələr.

Canlı şahidləri dinlədikcə sən,
Nə qədər məxəzi ələkləmisən!
İman işığında tutduğun bu yol,
Dizində təpərdir, həm də vuran qol.

Olduğu kimidir yazdığın şeylər,
Tarixdən soruşsaq eynisin söylər.
Sözün qüdrətindən güc alıb sən də,
Doğrunu yazmısan kəlmələrində!

Sapı özümüzdən çoxdu baltalar,
Səni qınayanlar billəm, tapılar.
Erməni yosunlu bəzi adamlar,
Atacaq üstünə çox iftiralar.

Guya dayıları tarixə örnək,
Örnək tərəfini desinlər, görək.
Yalandan, əyridən, rəzildən başqa,
Yaxşı tərəfləri olaydı keşkə!

Tarixdə sözləri keçən kişilər,
Gözündə bu millət daim kiçilər.
Tarixin ən yüngül əxlaqı onda,
Bic bir toxum kimi, çoxalır sonda.

Bunu biz demirik, deyənlər deyib,
Düz yolu tanımaz, doğrudan əyib.
Məcburuq, daima edək söhbətin,
Qadını əlində bəlgə millətin!

... Versəm kitabına hər hansı dəyər,
Qorxuram, qiymətə xələl gətirər.
Tarix qiymətini verib əsərin,
Sən də artırmısan sözün kəsərin.

Ayrı bir qiyməti bilmirəm vallah,
Yaxşıdan yaxşıdır, əladan əla!
Dilimdə dolaşır Sənə təşəkkür,
Bizi yaradana yenə min şükür.

Belə bir fürsəti veribdir Sənə,
Bir də kitabını vərəqləyənə!
Sağ əlin başına yaşlı yazarın,
Bu real tarixə salmaz güzarın.

Yoxsa fikirlərin aparar gora,
Qələmi kəfəndə qalandan sonra.
Başların altında bir pərqu yastıq,
Oyanan tarixin ağzına basdıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR