Dondurmadan zəhərlənməmək üçün

17:53 23-05-2019 | icon 418 | Sağlamlıq
Dondurmadan zəhərlənməmək üçün

Havaların isinməsi ilə əlaqədar ölkədəki mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün açılması isə hər zaman bu qida məhsulundan zəhərlənmələrlə müşayiət olunur. Əhali arasında belə  bir iddia var ki, dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə əhalinin vaxtı keçmiş qida istehlakına və zəhərlənmələrə səbəb olur. 

 

Bu iddialar təsdiqini tapmasa da, təkzibini sübut edəni də hələ olmayıb. 

 

Lakin vaxtı keçmiş məhsuldan əlavə, saxlanma şəraiti və temperaturu düzgün olmayan dondurmalar da sağlamlıq üçün ciddi təhlükədir.

Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?

Versus.Az Milli.az-a istinadla xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır: 

"Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. 

Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanıldığına diqqət eləmək lazımdır. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Keyfiyyətli dondurmanın tərkibində əlavələr mümkün qədər az və 40 faiz süd olmalıdır. 

 

Dondurmaların saxlanma şəraitinə mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır.

Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.  Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır".

Məlumat üçün bildirək ki, əgər vətəndaşların dondurmalarla bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR