"Müəyyən dairələrin Azərbaycana qərəzli yanaşmasının şahidiyik"

18:11 14-03-2018 | icon 614 | Siyasət
"Müəyyən dairələrin Azərbaycana qərəzli yanaşmasının şahidiyik"

“Biz əslində Qərbin müəyyən siyasi dairələrinin Azərbaycanla bağlı növbəti dəfə qərəzli yanaşmalarının şahidi oluruq və buna təəccüblənmirik”.

 Versus.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov söyləyib. E. Nəsirov deyib ki, Azərbaycan çox mühüm siyasi, iqtisadi, idman, humanitar xarakterli tədbirlər təşkil edən zaman qərbdəki bir sıra anti-Azərbaycan qüvvələri fəallaşmağa başlayır, ölkəmizə qarşı təxribat mahiyyətli addımlar atılır:
“Biz yenə də qərbdəki müəyyən dairələrin Azərbaycana qarşı qərəzli yanaşmaların şahidiyik”.

 Millət vəkili qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbəri” Bako Saakyanın qeyri-qanuni şəkildə Ermənistan pasportu ilə ABŞ-a səfərinə icazə verilməsinə diqqət çəkib:
“Bako Saakyana ABŞ Konqresində görüşlər keçirilməsinə icazə verilməsi, konqresmenlər və senatorlarla bir araya gəlməsinə şərait yaradılması şübhəsiz ki, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Belə bir yanaşma münasibətlərimizin bu günü və gələcəyinə kölgə salan haldır. Eyni zamanda ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olduğundan belə bir addımın atılması heç bir halda düzgün sayıla bilməz”.

E. Nəsirov qeyd edib ki, qərbdə müəyyən qeyri-hökumət təşkilatları da ənənəvi olaraq Azərbaycanda mühüm siyasi hadisələr zamanı ənənəvi yanaşma ortaya qoyur:

“Azərbaycan prezident seçkiləri ərəfəsindədir və yenə də qərəzli yanaşmaların şahidi oluruq. Bu, qəbuledilməzdir və cəmiyyətimizdə narazılığa səbəb olur. Amma Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Azərbaycanda iqtisadi, siyasi sahələrdə uğurlu islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələrdə dərinləşməkdədir. Biz bu islahatları kiminsə - qərbin müəyyən siyasi dairələrinin, dövlət başçılarının, beynəlxalq təşkilatların xoşuna gəlmək üçün aparmırıq. Bu, sadəcə, Azərbaycanın seçdiyi siyasi kursdur. Azərbaycan demokratik inkişaf yolu ilə gedir, öz hədəflərimiz var. Azərbaycana münasibətdə bərabər hüquqa, qarşılıqlı faydalı əməkdaşlığa, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan münasibətləri qəbul edirik. Bu münasibətlərdən kənar münasibətlər bizim üçün qəbuledilməzdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR