ÜMİDçilər yürüş edib /VIDEO/

00:17 29-05-2019 | icon 858 | Siyasət
ÜMİDçilər yürüş edib /VIDEO/

Ümid Partiyasının Rəyasət Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsini ziyarət edib.

 

Versus.Az-ın məlumatına görə, partiyanın rəhbərliyi dahilərimizin xatirəsini yad edib, abidə üzərinə tər güllər düzərək ruhlarına Allahdan rəhmət diləyiblər.

 

Paytaxtın müəyyən küçələrində yürüş edən ÜMİDçilər nəsibimiz olsun, şanlı bayrağımızı Şuşa qalasında dalğalandıraq deyiblər.

 

Qeyd edək ki, partiyanın sədri İqbal Ağazadə Respublika günündə Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir:

 

“Əziz soydaşlarım!

Ölkəmizin müstəqilliyinin, suverenliyinin əbədi olmasını, torpaqlarımızın işğaldan azad edilməsini, xalqımızın firavan, azad, demokratik, bütün hüquqların qorunduğu bir cəmiyyətdə yaşamasını arzulayıram.

 

1918-ci ilin 28 mayında müsəlman dünyasında ilk dünyəvi demokratik Respublikanın qurulması xalqımızın milli nailiyyətidir və əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bilavasitə bağlıdır. Azərbaycan Demokratik Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və quzeyli, güneyli Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnib. İki il ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi ilk olaraq, Respublika banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir. Yeni dövrdə müstəqillik əldə etmiş Quzey Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanıb. Cümhuriyyətçilik ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğrundakı mübarizədə minlərlə insan canından keçərək şəhid olub. Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışmaqdadırlar.


Təəssüf ki, müstəqillik uğrunda mübarizə bizə itkisiz başa gəlməyib. Bu yolda minlərlə şəhid vermiş, torpaqlarımızın 20%-dən çoxunu - Qarabağımızı itirmişik.


İnsan haqları, demokratik azadlıqlar sahəsində problemlərimiz var. Regionda geosiyasi vəziyyət və idarəçilikdəki bəzi yanaşmalar, əsrin əvvəlində olduğu kimi müstəqilliyimiz üçün yeni xarici təhdidlər ümummilli problem olaraq qalmaqdadır.

Ümid Partiyası hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk Respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.

 

Azərbaycan dövlətində yaşayan bütün insanları respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırıram.

 

Bir daha hər birinizi Cümhuriyyət Günü münasibətilə təbrik edir və ölkənin demokratikləşməsi, dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda uğurlar arzulayıram”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR