"İşğal edilmiş ərazilərimizdə tarixi abidələrimizin heç biri qalmayıb"
BMT-nin qətnamələri Azərbaycan ərazilərinin işğal altında olduğunu açıq-aydın şəkildə göstərir.
Versus.Az-ın məlumatına görə, bunu “Azərbaycan Avropa məkanında” adlı konfransda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov əlavə edib ki, Azərbaycanın torpaqları işğal edilsə də, dünya ictimaiyyəti buna biganə yanaşır, ikili standartlar nümayiş etdirilir.
Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanda Avropanın cavab tapmadığı suallara da cavab tapa bilərik və bu məsələdə Azərbaycan Avropa üçün çox gözəl nümunədir: “Mən 20 ildir ki, AŞ PA-nın üzvüyəm. Strasburqun mərkəzində bir sinaqoq var. Ancaq bu sinaqoqun qapısı həmişə bağlı olur. Məsələ onda deyil ki, oraya kimsə ibadətə gəlmir. Sinaqoqun qapısının bağlı olması təhlükəsizliklə bağlıdır. Çünki Avropada antisemitizm mövcuddur. Amma Avropadan fərqli olaraq, Bakının mərkəzində sinaqoq var və ora daim açıqdır. Orada yəhudi və azərbaycanlı rahat söhbət edə bilər. Azərbaycanda əhalsinin 95 faizi müsəlman olsa da, burada katolik kilsəsi fəaliyyət göstərir. Bakıda hazırda erməni kilsəsi də mövcuddur və o, dağıdılmayıb. Amma Azərbaycanın işğal edilmiş ərazilərində tarixi abidələrimizin heç biri qalmayıb”.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...