Kim Çen 5 məmuru güllələdi, bacısını isə...

09:15 01-06-2019 | icon 539 | Dünya
Kim Çen 5 məmuru güllələdi, bacısını isə...

Şimali Koreya rəhbəri Kim Çen Inın əmri ilə güllələnən yüksək vəzifəli məmurlarla bağlı yeni təfərrüatlar məlum olub.

 

"Chosun İlbo” qəzetinin yazdığına görə güllələnənlərdən qalan dördü XİN əməkdaşlarıdır. Onları Pxenyanın şərqində yerləşən Mirim hərbi aerodromunda güllələyiblər. Habelə bildirilir ki, diplomatları edam etməzdən əvvəl onları ABŞ-ın xeyrinə casusluqda ittiham ediblər.



Şimali Koreyanın Əmək partiyasının birləşmə məsələləri üzrə şöbə müdiri Kim Yon Çxol isə siyasi məhbuslar üçün düşərgəyə, katorqa işlərinə göndərilib. Həmin düşərgə Çaqando regionunda yerləşir. Düşərgəyə Hanoy sammitində Şimali Koreya nümayəndə heyətinin daha bir neçə üzvünün göndərildiyi bildirilir. Onların arasında Kim Çen Inın tərcüməçisi də var. Tərcüməçini sammitdə danışıqları tərcümə edərkən Şimali Koreya liderinin "avtoritetini ləkələməkdə” günahlandırıblar. Kim Çen Inın kiçik bacısı, Əmək partiyasının təbliğat və təşviqat şöbəsinin rəhbərinin müavini Kim Yo Çjon isə ev dustağı edilib.

 

Xatırladaq ki, Hanoy sammitinin yarımçıq başa çatmasından sonra ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin Yonbendəki nüvə obyektinin sökülməsinin əvəzində bütün sanksiyaların ləğv edilməsini istədiyini, Amerika tərəfini isə belə variantın qane etmədiyini demişdi. Lakin Şimali Koreya XİN bildirmişdi ki, Pxenyan ancaq sanksiyaların qismən götürülməsini xahiş edib.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR