Ramazan bayramı ilə bağlı 2 yerdə yarmarka keçiriləcək

15:47 03-06-2019 | icon 214 | İqtisadiyyat
Ramazan bayramı ilə bağlı 2 yerdə yarmarka keçiriləcək

Ramazan bayramı günlərində paytaxtda iki ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.

 

Versus.Az xəbər verir ki, bunu bayram ərəfəsində yarmarkaların təşkili ilə bağlı mətbuat konfransında Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib.

 

Onun sözlərinə görə, yarmarka “Kənddən Şəhərə” brendi altında təşkil olunacaq:

“Kənddən şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir. Ramazan bayramı günlərində paytaxtın iki ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək”.

 

Mətbuat konfransında bildirilib ki, paytaxt sakinləri Yasamal və Nizami rayonlarında keçiriləcək yarmarkalarda fermerlərin vasitəçilərsiz, birbaşa satışa çıxaracağı keyfiyyətli məhsulları daha ucuz qiymətə ala biləcəklər.

Yasamal rayonunda yarmarka Ələsgər Ələkbərov küçəsində, 225 saylı orta məktəbin qarşısında, Nizami rayonunda isə Qara Qarayev prospekti, 36A ünvanında, “Orbita” Ticarət Mərkəzinin yanında təşkil olunacaq.

 

L.Məmmədova bildirib ki, iyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək”.

 

Yarmarkada iştirak etmək istəyən fermerlər Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər.

Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

“Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”

Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

Ermənistan atəşkəs rejimini 32 dəfə pozdu

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI

Baş həkimdən iyrənc addım

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO