Dağlıq Qarabağın azərbaycanlı icmasından ermənilərə çağırış /VİDEO

09:58 04-06-2019 | icon 623 | Qarabağ
Dağlıq Qarabağın azərbaycanlı icmasından ermənilərə çağırış /VİDEO

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi ermənilərə çağırış edib.

 

Versus.Az xəbər edir ki, icma ermənilərdən işğal altında olan ərazilərimizdə xalqımıza məxsus tarixi və mədəni abidələrimizi dağıtmağa son qoymalarını tələb edir:

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağırış edib. Ermənistan ictimaiyyəti üçün erməni dilində hazırlanan video-çarxda Bakıdakı erməni kilsəsinin vəziyyəti ilə işğal altında olan ərazilərimizdəki tarixi və mədəni abidələrimizin durumu arasında paralellər aparılıb. Vurğulanıb ki, Azərbaycan Hökumətinin qərarı ilə erməni kilsəsi “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edildiyi halda işğal altında olan ərazilərdə dini abidələrimiz məhv edilir.

 

Əfsuslar olsun ki, Azərbaycan dövləti belə bir addım atdığı halda Ermənistan işğal etdiyi Dağlıq Qarabağ regionu və ətraf rayonlarda xalqımıza məxsus izləri silməyə, tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv etməyə çalışır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Azərbaycanda isə ermənilər də daxil olmaqla, digər etnik azlıqlara məxsus maddi və mədəni irs nümunələrinə hər zaman hörmət və qayğı ilə yanaşılır.

 

Təsadüfi deyil ki, Azərbaycanda əsrlərdən bəri mövcud olan multikulturalizm və tolerantlıq ənənələri xalqımızın yaşam tərzinə çevrilib. İnanırıq ki, yaxın vaxtlarda biz öz torpaqlarımıza qayıdıb dağıdılmış tarixi, mədəni, dini abidələrimizi bərpa edərək onlara yenidən həyat bəxş edəcəyik”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...