“Dövlət Departamentindəki görüşdə mənə dedilər ki...”

15:19 05-06-2019 | icon 394 | Siyasət
“Dövlət Departamentindəki görüşdə mənə dedilər ki...”

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ-a işgüzar səfərdən qayıdıb.

 

Partiya sədri Versus.Az-a açıqlamasında bildirib ki, Vaşinqtona bir həftəlik səfər gərgin iş rejimində keçib. Dövlət Departamentində, Konqresdə çoxlu sayda görüşlər reallaşıb:

 

“Konqresdə həm Respublikaçılar, həm də Demokrat Partiyasının konqresmenləri ilə görüşdüm. Hər bir görüşdə əsasən Azərbaycanda ictimai-siyasi vəziyyət, insan haqlarının qorunması, media azadlığı və təbii ki, Azərbaycanın regionda yürütdüyü siyasət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunuldu. Amerikalıların hər bir sualına geniş və dolğun cavablar verildi. Onları daha çox Azərbaycanda söz və mətbuat azadlığının qorunması, insan haqlarına verilən dəyər, bir də rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe, daha dəqiq desəm, Azərbaycanın işğal olunan torpaqlarımızın müharibə yolu ilə azad etmək istəyində olması ilə bağlı bəyanatları maraqlandırırdı. Bəziləri Azərbaycan haqqında birinci dəfə məndən ətraflı məlumat aldıqlarını bildirdilər. Amma əksəriyyəti Azərbaycandakı ictimai-siyasi vəziyyətdən məlumatlıydılar. Sadəcə, əlavə məlumat almaq üçün mənimlə yenidən görüşürdülər”.

 

F.Əliyev rəhbərliyində təmsil olunduğu Azərbaycan Xalq Hərəkatının fəaliyyəti ilə bağlı da Vaşinqtonda keçirdiyi görüşlərdə məlumat verdiyini vurğulayıb:

 

“Hərəkatın yaranma səbəb və məqsədlərindən danışdım. Hərəkatın fəaliyyəti də onlarda maraq doğurdu və bununla bağlı çoxlu suallar verdilər. Maraqlısı o idi ki, Dövlət Departamentində keçirdiyim görüşlərdə mənə dedilər ki, AXH-yə qarşı olan təzyiqlər haqqında məlumatlıdırlar. AXH-nin fəaliyyəti, hakimiyyətə gələcəyi halda beynəlxalq və daxili siyasətin necə olacağını, NATO ilə münasibətlər, Rusiya və İranla münasibətlərlə bağlı suallar verdilər.

Görüşlərdə Azərbaycanda müxalifət düşərgəsindəki vəziyyətdən də danışdım. Onlara bildirdim ki, Azərbaycan müxalifətinin birliyi tək AXH-dən asılı olan məsələ deyil. Bu məsələdə müxalifətin bütün qüvvələri keçmişdə olan umu-küsüləri yaddan çıxartmalıdır, bir-birinə qarşı olan kompromat savaşını dayandırmalıdır. Müxalifət qüvvələrinin bir məqsədi var - Azərbaycanda demokratiya, azad, bərabər və şəffaf seçkilərin keçirilməsi. Məni diqqətlə dinlədilər və özlərində qeydlər apardılar. Onlarla görüşümdən məmnun qaldıqlarını ifadə etdilər".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB