"Azərbaycançılıq ideyasına xüsusi diqqət yetilir"
Təhsil Nazirliyi tərəfindən yeni hazırlanmış "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb.
Versus.Az trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, yeni sənəd layihəsində azərbaycançılıq ideyasına xüsusi diqqət yetilir: "Hazırda qüvvədə olan dövlət standartları layihəsi təxminən 10 il əvvəl hazırlanıb və onun yenilənməsinə ehtiyac var. Orada azərbaycançılıq, milli-mənəvi-dəyərlər az nəzərə alınmışdı. Nazirliyin yenidən hazırladığı sənəd layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb, azərbaycançılıq ideyasının təbliğinə xüsusi diqqət verilib".
İ.Həbibbəyli "Təhsil haqqında" yeni qanuna təklif edilən dəyişikliyə - təhsil proqramlarının (kurikulumların) təsdiq edilməsinin dövlətin vəzifələri sırasından çıxarılmasına da münasibət bildirib.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...