Hadisəyə səbəb evakuator olub

20:12 11-06-2019 | icon 513 | Hadisə
Hadisəyə səbəb evakuator olub

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

 

Agentlikdən Versus.Az-a verilən məlumatda bildirilir ki, paytaxtın Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Daşıyıcının verdiyi məlumata görə, saat 16:40 radalərində Zığ yolunda evakuator avtomobili 104 nömərli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 DQN nömrəli avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

 

Xatırladaq ki, qəza nəticəsində avtobusda olan 3 nəfər sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı