Paşinyanın taxtı hər an silkələnə bilər

16:53 12-06-2019 | icon 95 | Siyasət
Paşinyanın taxtı hər an silkələnə bilər

“Ermənistanda hakimiyyət uğrunda klanlar arasında mübarizə getdikcə qızışır. Bu mübarizənin Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyə səbəb olduğunu düşünürəm”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı” Baş nazir Nikol Paşinyanın nüfuzuna zərbə vurmaq üçün əlindən gələn hər şeyi edir:

 

“Bu mübarizə sərhəd xəttində vəziyyətin gərginləşməsinə səbəb olur, təmas xətti və sərhədboyu ərazilərdə təxribata əl atması nəticəsində iki hərbçimiz həlak oldu. Məlumdur ki, Ermənistan ordusunun işğal edilmiş Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi birləşmələrində “Qarabağ klanı”nın kifayət qədər adamı var.

Ümumən, Ermənistan ordusunda bu klanın nüfuzu böyükdür. Görünən budur ki, Paşinyan və dövlət arasında ikitirəlilik yaranıb, buna görə də bu gün ordu daha çox Paşinyanın yox, separatçı klanın tapşırğı ilə hərəkət edir.

Vəziyyətin bu yerə çatmasında Paşinyanın da günahı var, çünki Paşinyan Qarabağ və digər məsələlərə hakim deyil. Qarabağ danışıqlarına da bu məsələni bilmədən qatılıb və zamanla təcrübəsiz olduğunu nümayiş etdirdi. Paşinyanın əsas problemi bununla bağlıdır. “Qarabağ klanı” isə ondan fərqli olaraq, prosesdən xəbərdardır, digər yandan bu klan digər məsələlərdə də öz gücünü qoruyub saxlaya bilir. Buna görə də, Paşinyanın taxtı hər an silkələnə bilər”.

 

Ramiyə Məmmədova hesab edir ki, Nikol Paşinyan özünü qorumaq üçün bir neçə addım atmalıdır:

“İlk növbədə bu klanı tamamilə aradan götürməlidir ki, bu da çətindir. Göründüyü kimi “Qarabağ klanı”na böyük siyasi və hərbi dəstək var, bu qüvvələr həm daxili, həm də xarici güclərə sığınıb.

Paşinyan “Qarabağ klanı”nı tamamilə zərərsizləşdirmək üçün özünə yeni tərəfdaşlar tapmalıdır. Ya da bu klanla işbirliyinə getməli, danışıqlara başlamalı və onlarla eyni mövqedən çıxış etməlidir. Paşinyan bu iki variantdan birini seçməlidir.

Məlumdur ki, separatçı klana əsas dəstək Rusiyadan gəlir. Buna görə də, Paşinyan “Qarabağ klanı”nı qarşısına özünü gücləndirə bilməsə, böyük problemlərlə üzləşəcək, hakimiyyət uğrunda mübarizə kəskinləşəcək. Paşinyan iqtidarının hər an devrilməsi də gözləniləndir”.

 

Ekspert qeyd edib ki, Azərbaycan bu situasiyadan istifadə edərək, Ermənistanı danışıqlar masası arxasına oturtmalıdır:

 

“Bu situasiyanı xeyrimizə çevirib Qarabağ məsələsini həll edə bilərik, çünki vəziyyət günü-gündən gərginləşir.

Qənaətimə görə, münaqişəni həll etmək üçün yaxşı fürsət yaranıb. Hesab edirəm ki, Azərbaycan qan tökülmədən bu məsələni həll edə bilər, əlbəttə, bunun üçün ilk növbədə Ermənistan obyektiv danışıqlara hazır olmalıdır”. /Teleqraf.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

Jurnalistin qardaşının evi yenə qarət edildi

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb