Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

23:49 12-06-2019 | icon 972 | Film
Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Aprel şəhidi Əlizaman İslamovun xatirəsinə həsr olunan sənədli filmin təqdimatı olub.

 

Versus.Az xəbər verir ki, filmin ideya və ssenari müəllifi “Talk TV” Azərbaycan internet telviziyasının icraçı direktoru Mehriban Sadıqovadır.

 

Tədbirdə şəhidin anası Hürnisə İslamova və digər qohumları, o cümlədən millət vəkili Adil Əliyev, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Sonra vətən uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Təqdimat mərasimi Sumqayıt şəhər 35 saylı orta məktəbin şagirdlərinin hazırladığı kompozisiyalarla davam edib. Şagirdlərin hazırladığı hərbi-vətənpərvərlik səhnəcikləri tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

 

Aprel şəhidi Əlizaman İslamovun xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilib. Filmdə şəhidin doğulduğu gündən şəhid olduğu vaxta qədər keçdiyi həyat yolu işıqlandırılıb. Şəhidin uşaqlıq dostları, qohumları, müəllimləri, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Şəhidin anası Hürnisə İslamov oğlunun ilk sevgisindən, 14 yaşında evlənmə arzusundan söz açıb.

 

Filmin nümayişindən sonra çıxış edən deputat Adil Əliyev filmin yaradıcı heyətinə və o cümlədən filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib. A.Əliyev qeyd edib ki, bu cür filmlərin hazırlanması və yayılması şəhidlərimizin tanıdılmasında müstəsna rola malikdir:

 

“Şəhid analarının qarşısında baş əyirəm. Biz onlara hər dəfə səbr diləsək də, onlara təsəlli verməyə çalışsaq da, onlar ürəklərinin yarısını itirmiş şəxslərdir. Biz şəhidlərimizlə hər zaman fəxr etmişik. Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini, gücünü nəinki işğalçı Ermənistana, həm də bütün dünyaya göstərdi. İşğal altında olan torpaqlarımızın müəyyən hissəsini azad etdik. Bu, Azərbaycan əsgərinin gücü idi ki, bizə qələbə sevinci bəxş etdi. Bu qələbə isə şəhidlərin qanı ilə yazıldı. Şəhidlik ünvası o qədər yüksəkdir ki, onun qiymətini biz yerdə verə bilmərik. Çünkinin şəhidin qiymətini göylər verir. Şəhid anaları bilməlidir ki, biz hər zaman onların yanındayıq. Nəinki biz, bütün vətəndaşlar şəhid analarına, atalarına, qardaş-bacılarına ən yüksək qiyməti verməlidir, buna borcludur. Bir daha şəhid ailələrinin qarşısında baş əyirəm”.

 

Daha sonra söz alan aprel şəhidi Əlizaman İslamovun anası Hürnisə İslamov filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür etdi:

“Əziyyət çəkib mənim oğluma həsr olunan filmin təqdimatına gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əlizaman evin tək oğlu idi. O hər zaman hərbi xidmətə getməyi arzulayırdı. Hərbi xidmətdə olduğu zaman aprel döyüşləri başladı. Ondan bir neçə gün qabaq Əlizaman mənə zəng edib ki, hərbi hissədə açıq qapı günü olacaq. Bir az tez gələrsən, birlikdə çox vaxt keçirərik. Həmin günü axşam saat altıya qədər orda oldum, axırda sağollaşıb maşına minəndən sonra Əlizaman yenidən qapını açıb məni çölə çıxardı. Bir daha bərk-bərk məni qucaqlayıb dedi ki, özünə yaxşı bax, ana, bəlkə bir də görüşmədik. Ondan bir neçə gün sonra, 5 aprel səhəri Əlizamanın şəhid olması ilə bağlı xəbər gəldi”.

Tədbirin sonunda filmin ideya və ssenari müəllifi Mehriban Sadıqova çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları