“SƏS AZƏRBAYCAN” televiziya layihəsinin yarımfinalçısı

18:49 27-12-2017 | icon 836 | Şou-biznes
“SƏS AZƏRBAYCAN” televiziya layihəsinin yarımfinalçısı

Nadir səs tembrinə malik olan qeyri-adiliyi və özünəməxsusluğu ilə seçilən “SƏS AZƏRBAYCAN” televiziya layihəsində Azərbaycan Respublikasının əməkdar artist Tünzalə Ağayevanın komandasından olan yarımfinalçı Ləman Dadaşova ilk klipini mühakimənizə buraxır.

Versus.Az-ın məlumatına görə, ilk çıxışlarından başlayaraq, Ləman onu dəstəkləyən və yarımfinala kimi gətirən bir pərəstişkar ordusunu toplamağı bacarıb. Məhz elə o zaman bir çoxu bu qızın heç kimə bənzəmək istəmədiyini, yalnız özü kimi olduğunu anlamışdı.

“Tək deyiləm” mahnısının sözləri və musiqisi bəstəkar Gövhər Həsənzadəyə aiddir. Mətnin ideyası Ləmana məxsusdur. Mahnıda gənc ifaçının fikirləri və dünyagörüşü əks olunub. Bu, insanların ətrafımızdakı dünyaya qarşı laqeyd olmamağı üçün bir çağırışdır. Bu mahnıda hər bir insan özünə aid şəxsi və ya qlobal mövzuda bir məqam tapa bilər.
Hər kəsin özünü yalqız hiss etdiyi bir an olur və yalnız insan özünü dünyanın bir hissəsi olduğunu dərk edərkən tənhalıq onu tərk edir.
Mahnı insanları dünyanı məhv etməmək və onu qorumaqa çağırır.

“Tək deyiləm” mahnısına çəkilmiş klip gənc ifaçının öz xarakterini tam əks edir. Dərindən fikir versək, bu kiçik filmin qəhrəmanı öz şücaəti və cəsarəti ilə tənhalıqdan uzaqlaşmaq istəyi ilə seçilən, azad həyat və xoşbəxtliyə can atan və hər kəsi ardıyca səsləyən bir gəncdir.
Klipin çəkilişləri əsasən təbiət qoynunda – meşədə, dağlarda, hətta su altında baş tutub. Klip gənc qrupun əməyi nəticəsində ərsəyə gəlib. Operator – Kamran Aydınov, montajçı – Emin Həsənov. İdeya, rejissorluq və ssenari Ləman Dadaşova və layihənin koordinatoru Səmra Axundovaya məxsusdur.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR