AXCP-də film olayı, yoxsa xəyanət?
Mehriban Sadıqova: “AXCP sədrinə hörmətim olsa da…”
Nəzakət Zeynalova: “Bu xanım şantaj xarakterli kompaniya başladıb”
AXCP sədri Razi Nurullayevin müavini, eyni zamanda Talk TV-nin icraçı direktoru Mehriban Sadıqova mətbuat konfransı keçirərək TV-dən uzaqlaşdırılmasını ona qarşı haqsızlıq kimi dəyərləndirib.
Versus.Az-ın məlumatına görə, M.Sadıqova şəhidlərdən bəhs edən sənədli filmində çəkilən şəhid analarının iştirakı ilə düzənlənən tədbirdə bildirib ki, iyunun 12-də Aprel şəhidi Ə.İslamovun ad günü ilə bağlı tədbir və film təqdimatında, 13-də isə Sumqayıtda QHT tədbirində ekspert olduğu üçün partiyanın qərargahına gedə bilməyib. İyunun 14-də isə ofisə gəldikdə əvvəl Talk TV-nin, sonra isə Partiyanın Rəyasət Heyəti qrupunda Razi Nurullayevin Talk TV və Cümhuriyyət TV-nin səlahiyyətlərini AXCP Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayevə verdiyini oxuyub.
“Təqdimatda partiyadan heç kim iştirak etmədiyi üçün ilkin fərziyyəm bu oldu”
M.Sadıqova əlavə edib ki, TV-nin təsisçisi xanım olduğu və müqavilə şərtlərinin yalnız hər iki tərəfin iştirakı ilə pozulması mümkün olduğu halda, ondan xəbərsiz atılan bu addım düzgün deyil.
Partiya sıralarından uzaqlaşdırılmasına gəlincə, M.Sadıqova özü istefa verdiyini vurğulayıb.
Talk TV-nin digər işçilərinin işdən çıxıb çıxmaması ilə bağlı hazırda məlumatsız olduğunu deyən Mehriban xanım baş verənlərin sözügedən film təqdimatından sonraya təsadüf etdiyini vurğulayıb. Onun nədən bu qənaətə gəldiyini soruşduqda bildirdi ki, təqdimatda partiya üzvlərindən heç kim iştirak etmədiyi üçün ilkin fərziyyə kimi bu olayı filmlə əlaqələndirib:
“Partiya sıralarında olanların istər şəxsi, istərsə də saxta profillərindəki məntiqə uyğun olmayan paylaşımları və Razi bəyin də həmin paylaşımları öz səhifəsində paylaşması mülahizəmdə yanılmadığımı göstərdi”.
M.Sadıqova sözügedən filmlərə Razi Nurullayevin çəkilişə yox, amma süjet və tədbirlərin TV-də işıqlandırılmasında maddi dəstəyinin olduğunu etiraf edib. Qeyd edir ki, hətta sonuncu filmin son kadrları ofisdə montaj edildiyi üçün partiya sədrinə minnətdarlığını da ifadə edib.
Eks-AXCP-çi bundan sonrakı fəaliyyətini Şəhidlərimizi filmlərdə yaşatmaqla bağlı layihələrlə davam etdirəcəyini deyib.
İctimai-siyasi fəaliyyətə gəlincə, o, artıq partiyalardan təkliflər gəldiyini vurğulayıb. Hələlik təklifdə bulunan partiyanın adını açıqlamaq istəmədiyinu deyən Mehriban xanım sonda Razi Nurullayevə bir insan kimi hörməti olduğunu qeyd etdi. Bununla yanaşı, hüquqlarını sondək müdafiə edəcəyini bildirdi.
Məsələyə münasibətini bildirən AXCP nin Qərbi Azərbaycan şöbəsinin sədri Nəzakət Zenalova Mehriban Sadıqovanın Razi Nulullayevin adını Şəhidlər haqqında çəkilən filmlərə qarşı çıxan bir siyasətçi kimi hallandırmasını əsassız, şantaj xarakterli kompaniya adlandırdı:
“Bu xanım bəzi şəhid analarını toplayaraq ictimai fikri çaşdırmağa yönəlik iddialar irəli sürür. Onun Talk Tv internet televiziyasında icraçı vəzifəsinin dəyişdirilməsi nəzərdə tutularkən tələsik addım ataraq dərhal AXCP və onun sədrinə qarşı çıxaraq böhtan kompaniyasına başladı. Yazdı ki, guya onu bu vəzifədən şəhid analarının yanında olduğuna görə çıxarıblar. Keçirdiyi toplantıda da şəhid analarına və jurnalistlərə yanlış məlumat verməklə onlarda Razi bəyə qarşı mənfi fikir formalaşdırmağa başladı.
Əvvəla o televiziya onun şəxsi mülkü deyil. Onun öz adına çıxdığı çəkilişlər, filmlər də təkcə onun səbəbinə ərsəyə gəlməyib. Orada ilk öncə Razi bəyin hərtərəfli dəstəyi və Talk Tv-nin bütün işçilərinin, partiya üzvlərinin əməyi var. Çıxış edib deyir ki, guya ona bu işlərdə başqa kimlərsə maddi dəstək olurmuş. Sual yaranır - əgər onun özünün film çəkməyə maddi dəstəkçisi var idisə, Razi Nurullayevə və Talk Tv-yə ehtiyacı yox idisə o zaman nə üçün bu qədər narahat olmağa başlayıb? Elə gedib həmin adamın dəstəyi ilə başqa bir TV açardı da”.
M.Sadıqovanı Talk Tv-nin əməkdaşlarının zəhməti, partiya sədrinin və üzvlərinin dəstəyi hesabına ərsəyə gələn filmləri öz adına çıxmaqda ittifam edən Nəzakət xanım naşükürlüyün yaxşı hal olmadığını vurğuladı:
“AXCP-yə gələnə qədər şəhid haqqıında film çəkibmi?”
“Soruşan gərək ki, Talk Tv-nin avadanlıqları, kameralar, kompüter, studiya və sair avadanlıqları kimin hesabına alınıb? O filmi hazırlayan işçilərə maaşı kim verib və harada hazırlanıb o filmlər? Əgər kiminsə ona dəstək olduğunu qeyd edirsə, onda hüquqi cəhətdən ianə və yaxud qanuni şəkildə yardım edildiyinə dair qəbzləri və rəsmi sənədləri ortaya qoysun. Yaxud o yardım edən adam kimdirsə, onu ortaya çıxarsın. Bu boyda haqsızlıq olmaz. Mehriban xanım partiya daxilində həmişə intirqalar yaradıb, Talk Tv-ni öz məqsədlərinə və maddi mənafeyinə alət edib. Desin görək AXCP-yə gələnə qədər bircə dənə şəhid haqqında film çəkibmi?”
Talk Tv-nin müstəqil TV olduğunu qeyd edən Nəzakət Zeynalova partiya olaraq hər zaman dəstəklərini əsirgəmədiklərini vurğuladı:
“Çəkilişlərdə, video-çarxların hazırlanmasında, filmlərin yayılmasında, paylaşılmasında partiyanın dəstəyi olub. İndi bu Tv-ni kiminsə öz şəxsi mülkü kimi mənimsəməyə çalışması təbii ki, adamda hiddət yaradır.
Ayıbdır, Mehriban xanım şəhid ailələrini özünə qalxan etməklə şəhidlərin ruhunu incidir. Halbu ki ona şəhidləri və şəhid analarını sevdirən məhz indi böhtan atıb şantaj etmək istədiyi Razi bəy olub. Razi bəy hər zaman şəhid ailələrinə qayğı və hörmətlə yanaşıb. Qazilərə də həmçinin. Mən şəxsən bir Qarabağ qazisinin qızı kimi Razi bəydən hər zaman hörmət, sayğı və qayğıkeşlik görmüşəm. Hər bir şəxs çalışdığı işdən yol verdiyi qüsurlara görə və yaxud hər hansı əsaslı səbəbdən dolayı azad edilirsə, burada rəhbərliyi şərləmək lazım deyil. Ən azı çalışdığın zamandakı xətir-hörməti ayaqlamamalısan. Xüsusən də Mehriban xanım o partiyada həm müavin, həm Rəyasət heyəti üzvü, həm də Tv-nin icraçı direktoru olub. İndi tutduğu üç vəzifədən birindən azad olunubsa, o da bunu qəbul etmək istəmirsə demək niyyəti nə imiş? Daha nə istəyir? Orada deyir ki, guya mənim, yəni Nəzakət Zeynalovanın partiyada heç bir nüfuzu yoxdur. Onun üçün nüfuz nə deməkdir bilmirəm. Amma mənim üçün nüfuz odur ki, qazandığın hörməti daima saxlamaq, şəhid analarını öz məkrin naminə istifadə etməmək, neçə il çalışdığın bir qurumdan ayrılanda belə hörmətini qoruyub saxlamaqdır nüfuz. Başqalarının ayağını qazmaq vasitəsilə qabağa düşməyə can atmaq, işçilərin haqqını kəsmək deyil nüfuz. Çəkdiyin filmləri ictimai əsaslarla, xalqa xidmət naminə yox, şəxsi mənafeyin üçün gələcəkdə sui-istifadə etmək üçün çəkməkdirmi nüfuz? İndi Razi bəyin əleyhinə yalan məlumat verdiyi adamlar vasitəsilə hay-küy qaldırıb adını onun adı ilə yanaşı çəkdirmək arzusu ilə qalmaqal yaratmaqdır yoxsa nüfuz?”
M.Sadıqovanın canlı yayımlandırdığı tədbirdə iştirak edənlər arasında hüquqşunasın olmmasından təəssüflənən N.Zeynalova qeyd etdi ki, heç bir sənəd-sübut, dəlil, fakt olmadan qarşı tərəfə yüklənmək, hətta bəzilərinin təhqirə yol verməsi sırf hüquq pozuntusudur:
“Ona demək istəyirəm ki, ayıbdır. Şəhid analarına yalan məlumat verib, Razi bəy haqda haqsızlıq etmək vicdansızlığın ən pis formasıdır. Razi bəy çox sadə, təvazökar insandır. O, heç zaman xalq üçün, şəhidlər üçün gördüyü işləri reklam etdirməyi sevmir, bir etdiyini beş göstərməyə çalışmır. Onun bu insanlığından sui-istifadə edərək onun rəhbərliyi ilə görülən işləri, xeyirxah addımları fürsət bilib öz adına çıxmaq xəyanətdir. Hətta Razi bəyin sayəsində şəhid anaları yanında qazandığı hörməti onun əleyhinə istifadə etmək böyük, çox böyük haqsızlıq, əmək itirməkdir”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”