Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

08:16 20-06-2019 | icon 555 | İqtisadiyyat
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

May-iyun aylarında Bakıda torpaq bazarında 1-2 faiz səviyyəsində qiymət artımı müşahidə olunacaq.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu daşınmaz əmlak sahəsində mütəxəssis Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, ötən ilin analoji dövründə qiymət artımı 4-6 faiz ətrafında dəyişirdi:

"Bu il bazarın bu seqmentində qiymətlər son iki illə müqayisədə aşağıdır. Bu, əsasən tikinti sektorunda fəallığın azalması ilə əlaqədardır".

 

Ekspert qeyd edib ki, iyul-avqust aylarında qiymətlərin sabit tendensiyası saxlanılacaq:

"Payıza yaxın torpaq bazarında 1-2 faiz səviyyəsində azalma müşahidə olunacaq".

 

N.İbrahimov xatırladıb ki, Bakıda torpaq bazarında ən yüksək qiymət artımı 2014-cü ildə qeydə alınıb:

"2014-cü ilin yay mövsümündə qiymətlər 8 faiz artıb, növbəti üç ildə isə bu sahədə qiymət artımı 4-6 faiz səviyyəsində dəyişib. Ötən il isə Bakıda torpaq sahələri 5,8 faiz bahalaşıb".

 

Ekspert əlavə edib ki, Bakıda ən bahalı torpaqlar şəhərin mərkəzi hissəsində, İçərişəhər, Xətai rayonu və metronun "Gənclik" stansiyası ətrafındadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR