"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

20:59 20-06-2019 | icon 856 | Siyasət
"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

"Prezident İlham Əliyevin sosial sahədə atdığı mühüm və müsbət addımlardan sonra daxili işlər və milli təhlükəzlik sahələrində kadr əvəzləmələri həyata keçirməsi kompleks tədbirlərin tərkib hissəsi hesab oluna bilər".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli bildirib. Qeyd edib ki, dövlət başçısının 20 iyun tarixli sərəncamları həqiqətən də yüksək qiymətləndirilməlidir:

 

"Bütün hallarda aydın görünür ki, Prezidentin bu qərarları ölkədə sabitliyin və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına hesablanıb. Mütləq nəzərə alınmalıdır ki, Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar özlərini təsdiq etmiş peşakar kadrlardir".


Ekspert bu çərçivədə öz sanbalı ilə seçilən nüfuzlu generalın, peşəkar təhlükəsizlik zabiti Əli Nağıyevin DTX-ya rəis gətirilməsini olduqca əhəmiyyətli olduğunu vurğulayıb:

 

"Şübhə yoxdur ki, Əli Nağıyev keçmiş nazir Eldar Mahmudovun zərərsizləşdirilməsindən sonra xüsusi xidmət orqanlarında müsbət istiqamətdə aparılan işləri uğurla davam etdirəcək".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB