"Ərdoğan daxilən bu seçki ilə razılaşmayacaq"

13:16 25-06-2019 | icon 587 | Siyasət
"Ərdoğan daxilən bu seçki ilə razılaşmayacaq"

Əlabbas Məhərrəmli: "İmamoğlunun yüksək reytinqlə irəliləməsi hakimiyyət üçün maneədir"

 

"Türkiyədə baş tutan Bələdiyyə seçkilərini yüksək qiymətləndirirəm. Bu, Türkiyədə demokratiyanın qalib gəlməsidir".

 

Bunu Versus.Az-a İmamoğlunun İstanbul Bələdiyyəsinə keçirilən seçkilərdə qalib olması ilə bağlı açıqlamasında müstəqil siyasi ekspert Əlabbas Məhərrəmli bildirib.

 

Ə.Məhərrəmli qeyd edib ki, bundan əvvəl də Türkiyədə keçirilən seçkilər özünün demokratikliyi ilə diqqət çəkib. Lakin bu seçkilər müxalifətdən olan bir gənc siaysətçinin qalibiyyəti ilə yeni müstəviyə qədəm qoydu:

 

"Türkiyə gənc lider qazandı. Mən bundan əvvəl də şərhlərimdə İmamoğlunun qalib gələcəyi ehtimalını irəli sürürdüm. Heç kəsə zarafat gəlməsin, İmamoğlu çox güclü bir siyasətçi - Ərdoğanla mübarizə aparırdı və qalib oldu".

 

Ə.Məhərrəmli hesab edir ki, bu seçkidən sonra tərəflər arasında siyasi mübarizə səngiməyəcək. Onun fikrincə, Ərdoğan daxilən bu seçki ilə razılaşmayacaq:

 

"Ola bilər ki, gələcək zamanlarda AKP hakimiyyəti İmamoğlunu zəiflətmək üçün cəmiyyətlə, insanlarla sıx təmasda birləşməyə çalışacaq. Çünki İmamoğlunun yüksək reytinqlə irəliləməsi hakimiyyət üçün maneədir. Buna baxmayaraq, seçkidə İmamoğluya uduzan təcrübəli siasətçi Binəli Yıldırım da çox mədəni, tərbiyli şəkildə seçki apardı. Seçkidən sonra onun İmamoğlunu təbrik etməsi belə, Türkiyənin mənəvi qələbəsidir".

 

Politoloq bu seçkidə yalnız İmamoğlunun CHP-çi olmasına təəssüf etdiyini bildirib. O, bunu ideoloji cəhətdən solçuluğa uzaq adam olması ilə əlaqələndirib:

 

"Atatürkü yüksək qiymətləndirsəm də özümü solçuluqdan uzaq adam hesab edirəm. Bütün hallarda qardaş Türkiyəyə xeyirli, uğurlu olsun".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB