"Əkrəm İmamoğlu Türkiyə üçün yeni siyasi simaya çevrildi"
Razi Nurullayev: "Bu, həm də Türkiyə demokratiyasının qələbəsidir"
"Əkrəm İmamoğlu Türkiyə üçün yeni siyasi simaya çevrildi və İstanbul seçkilərini qazanmaqla hər bir sakinin ürəyinə məlhəm oldu. Bu, həm də Türkiyə demokratiyasının qələbəsidir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev deyib.
Partiya sədri Türkiyə xalqını demokratiyasının zəfəri, Əkrəm İmamoğlunu isə qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edib:
“Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı. Əkrəm İmamoğlu Türkiyə üçün yeni bir siyasi fiqura çevrildi. O, İstanbul seçimlərini qazanaraq hər vətəndaşın könlündə zəfər qazandı. Bu, eyni zamanda Türkiyənin demokratiyasının zəfəridir. Türkiyə xalqını demokratiya və Əkrəm İmamoğlunun zəfəri üçün təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”