Polşa səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

21:17 25-06-2019 | icon 433 | Siyasət
Polşa səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın səfiri Marek Tsalkanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

 

Nazirlikdən Versus.Az-a verilən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqla danışıblar. Azərbaycan və Polşa arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə müsbət təkan verdiyi vurğulanıb.

 

Səfir Marek Tsalka Polşa Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini vurğulayaraq, ölkəsinin Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha ifadə edib.

 

Görüş zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmədyarov səfir Marek Tsalkenin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, Polşa səfirinə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB