“Həmin danışıqların heç birində qondarma qurumun qondarma başçısı iştirak etməyib”

02:01 29-06-2019 | icon 566 | Qarabağ
“Həmin danışıqların heç birində qondarma qurumun qondarma başçısı iştirak etməyib”

ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Kerri Kavano müəyyən fikirlər açıqlayıb. Ermənistan KİV-nin verdiyi məlumata görə amerikalı sabiq həmsədr qeyd edib ki, Qarabağ münaqişəsi tərəfləri, demək olar ki, eyni sənədi müxtəlif yollarla oxuyurlar:

“Əks təqdirdə, bir tərəfin bir sənəd, qarşı tərəfin isə başqa bir sənəd təqdim etməsi inandırıcı deyil. Bakı bildirib ki, danışıqlar formatını dəyişməz saxlamaq lazımdır. Buna baxmayaraq, mən hesab edirəm ki, Bakı daxili qayda ilə öz nümayəndə heyətinin tərkibini dəyişib və ora Qarabağın Azərbaycan icmasının mövcudluğunu əlavə edib. Mən bunu danışıqlar formatına dəyişikliyə hazırlıq istiqamətində atılan addım kimi dəyərləndirirəm”.

Sabiq həmsədr qeyd edib ki, indiki format Köçəryanın dönəmində hazırlanıb: “Həmin vaxt o həm Ermənistanı, həm də Qarabağın erməni icmasını təmsil edirdi. Sarkisyanın dönəmində bu olduğu kimi qaldı. Ancaq hakimiyyətə gələn Nikol Paşinyan bildirir ki, o, Qarabağdakı ermənilərin mövqeyini təmsil edə bilməz”.

Bununla Kerri Kavano demək istəyir ki, guya Azərbaycan tərəfi Nikol Paşinyanın Qarabağı danışıqlar prosesində tərəf kimi tanımaq təklifinə razıdır və bu istiqamətdə addımlar da atır. Bu iddianı nə dərəcədə əsaslı saymaq olar?

  • Elman Nəsirov: “Axı niyə unudur ki, orada bir Azərbaycan icması da var?”

Versus.Az BAkı Xəbər-ə istinadən bildirir ki, millət vəkili Elman Nəsirov  açıqlamasında bildirdi ki, Kavanonun bu açıqlaması tamamilə yanlışdır, münasibətləri gərginləşdirməyə hesablanıb: “Bu münaqişədə iki tərəf var: işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan. Dağlıq Qarabağda formalaşdırılan qondarma rejimlə bağlı isə cənab Prezident dəqiq mövqeyini ifadə edib. Prezident deyib ki, bu gün Qarabağ ərazisində formalaşan həmin rejimin nümayəndələrinin 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Həmin qondarma rejim heç bir vaxt tərəf kimi danışıqlar prosesində iştirak edə bilməz. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin münaqişənin mənbəyi və nizamlanma perspektivlərinə həsr edilən geniş bir məqaləsi çıxdı. Həmin məqalədə akademik faktlara söykənərək qeyd edir ki, hələ 1991-ci ilin dekabr ayının 21-də SSRİ-nin dağılmasını özündə əks etdirən protokolda bütün dövlətlər, həmçinin, Azərbaycan və Ermənistan da bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Ermənistan öz imzası ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Burada Dağlıq Qarabağdan müstəqil tərəf kimi söhbət belə gedə bilməz. Həm Köçəryan, həm Sarkisyan və ondan əvvəlki Petrosyan dönəmində də bu münaqişə Ermənistan-Azərbaycan konflikti kimi tanınıb. 1988-1991-ci illərə kimi bunun xarakteri daxili münaqişə olub. Çünki həmin vaxta kimi biz eyni dövlətin tərkibində yaşamışıq. 1992-ci ildə Minsk Qrupu yaradılandan sonra bu, beynəlxalq münaqişə kimi tanındı. Münaqişə tərəfləri də Ermənistanla Azərbaycandır. Burada heç bir halda Dağlıq Qarabağın ayrıca tərəf olmasından söhbət gedə bilməz. Kavanonun bu yanaşması daban-dabana ziddir. 1999-cu ildən isə prezidentlər arasında danışıqların əsası qoyuldu. Həmin danışıqların heç birində qondarma qurumun qondarma başçısı iştirak etməyib. Kavano münaqişənin tarixinə bələd insandır. Axı niyə unudur ki, orada bir Azərbaycan icması da var? Bu icmalar bərabərhüquqludur. Bu özünü 1994-cü ildə qəbul edilən Budapeşt sammitində də göstərib. Nə zamansa, danışıqlarda erməni icmasının iştirakı da məqbul sayılacaqsa, onda Azərbaycan icmasının da iştirakı təmin olunmalıdır. Qondarma rejimin tərəf kimi danışıqlarda iştirakı mümkünsüz olan məsələdir. Heç bir halda, Kavanonun yanaşması əsas kimi qəbul edilə bilməz”.

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...