Azərbaycan mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

19:25 30-06-2019 | icon 532 | Gündəm
Azərbaycan mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayır. Tədbirə xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndə iştirak edir.

Versus.Az milli.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə də sessiyada iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Dünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan UNESCO-nun bu mötəbər tədbirinə çox yüksək səviyyədə hazırlaşıb: "Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək".

Bəhreynli nazir Dünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır. "Bəşəriyyət sürətli elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu inkişaf özlüyündə gözəldir. Lakin dünyada baş verən hərbi toqquşmalar, işğallar və s. təəssüf ki, bəzən minilliklərin mədəni mirasını çox qısa zaman içində məhv olma təhlükəsi il üz-üzə qoyur. Ona görə də UNESCO və onun tərkibində fəaliyyət göstərən bir sıra qurumların işinə dəstək verilməlidir. Bu mənada Bakıda keçirilən sessiyada dünya mirasının qorunması baxımından çox doğru qərarların qəbul ediləcəyinə inanıram", - deyə xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə deyib.

Qeyd edək ki, Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri daha öncə bir neçə dəfə ölkəmizdə olub. 2015-ci ilin may ayında ölkəmizə səfəri çərçivəsində Azərbaycan Xalça Muzeyini ziyarət edən xanım nazir xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, ənənələri ilə yaxından tanış olub. Qonaq həsirlərin, xovsuz xalça növləri sayılan "Şəddə" və "Zili" xalçalarının öz vətənində də məşhur olduğunu bildirib. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.
Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabı və muzeyin sertifikatı hədiyyə edilib.

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayır. Tədbirə xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndə iştirak edir.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə də sessiyada iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Dünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan UNESCO-nun bu mötəbər tədbirinə çox yüksək səviyyədə hazırlaşıb: "Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək".

Bəhreynli nazir Dünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır. "Bəşəriyyət sürətli elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu inkişaf özlüyündə gözəldir. Lakin dünyada baş verən hərbi toqquşmalar, işğallar və s. təəssüf ki, bəzən minilliklərin mədəni mirasını çox qısa zaman içində məhv olma təhlükəsi il üz-üzə qoyur. Ona görə də UNESCO və onun tərkibində fəaliyyət göstərən bir sıra qurumların işinə dəstək verilməlidir. Bu mənada Bakıda keçirilən sessiyada dünya mirasının qorunması baxımından çox doğru qərarların qəbul ediləcəyinə inanıram", - deyə xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə deyib.

Qeyd edək ki, Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri daha öncə bir neçə dəfə ölkəmizdə olub. 2015-ci ilin may ayında ölkəmizə səfəri çərçivəsində Azərbaycan Xalça Muzeyini ziyarət edən xanım nazir xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, ənənələri ilə yaxından tanış olub. Qonaq həsirlərin, xovsuz xalça növləri sayılan "Şəddə" və "Zili" xalçalarının öz vətənində də məşhur olduğunu bildirib. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.
Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabı və muzeyin sertifikatı hədiyyə edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...