Dişlərinizi kömürlə yuyun və hər gün... - TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ

19:41 30-06-2019 | icon 428 | Maraqlı
Dişlərinizi kömürlə yuyun və hər gün... - TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ

Bir çox qadın mükəmməl və qüsursuz görünmək üçün bədxərclik etməkdən çəkinmir, onlarla kosmetik vasitəyə və ya əməliyyata üz tutur. Lakin həm cibə, həm də sağlamlığa zərər vuran bu metodlardan uzaq olmaqla da mükəmməl görünüşə qovuşmağın yolları var.

Versus.Az qüsursuz görünmənizə yardımçı ola biləcək 7 əvəzsiz gözəllik sirrini təqdim edir.

Gözəl dəri üçün

Bəlkə də cibinizə zərər verəcək kimyəvi kosmetik vasitələr yerinə daha ucuz başa gələn uşaq pudrasından istifadə edin. Digər professional məhsullar qədər təsirlidir. Bu pudra ilə makyajınız inanılmaz görünəcək. Makyajınızı tamamladıqdan sonra qalan pudranı yumşaq fırça ilə təmizləyə bilərsiniz.

Daha bəyaz dişlər üçün

Dişlərin bəyazlığı qüsursuz görüntü üçün önəmlidir. Təəssüf ki, şirniyyat, çay, qəhvə kimi qidalar diş minasının üzərində ləkələr və izlər buraxır və saralmağa yol açır. Ev şəraitində bunun öhdəsindən gəlmək üçün sadə üsul var. Tək ehtiyacınız olan isə aptekdən əldə edə biləcəyiniz kömür həbləri. Bir neçə həbi əzin. Diş fırçasını əvvəl suya sonra toza batırın. 5 dəqiqə dişlərinizi ovalayın. Proseduru 2 həftə tətbiq etdikdən sonra nəticəyə inanmayacaqsınız.

Saralmış dırnaqlar üçün

Saralmış dırnaqlarınızı ağartmaq istəyirsinizsə, bir az sodaya ehtiyacınız var. Soda dırnaq ətini yumşaldır və dırnaqlara zərər vermədən parladır. 2 çay qaşığı peroksid və yarım çay qaşığı sodanı qarışdırıb dırnaqlarınıza çəkin. 5 dəqiqə gözlədikdən sonra yuyun. Metodu bir neçə gün ara ilə tətbiq edin.

Hind yağı dırnağın uzanmasına kömək edir. A vitamini ayrılmış dırnaqları müalicə edir. Badam yağı möhkəmləndirir. Zəif dırnaqlarınızın üzərinə limon suyu çəkin. 2 həftədən sonra nəticədən razı qalacaqsınız.

 

Botoksa alternativ

Qaşlarınızın arasında qırışıqlıq varsa, qırışığın üzərinə tibbi bant yapışdırın və səhərə qədər saxlayın.

Qüsursuz qolaltı üçün

Qollarınızın alt qismi tünd rəngdədirsə sadə və inamlı metod tətbiq edə bilərsiniz. 1 yemək qaşığı bal və rəndələnmiş kömür həbini qarışdırın. Qarışığı tünd yerlərə çəkin. 20 dəqiqə gözləyin və yuyun. Qarışımdan qalıbsa, üz maskası kimi istifadə edə bilərsiniz. Proseduru həftədə ən az 2-3 dəfə edin.

Şişmiş ayaqlar üçün

Bu simptomla qarşılaşırsınızsa, öncə həkimə müraciət edin. Şişmiş ayaqlardan qurtulmaq üçün türkəçarələrə gəlincə, bunun üçün cəfəriyə ehtiyacınız olacaq. Cəfərini yuyub blenderdən keçirin. Daha sonra üzərinə isti su əlavə edib termosda saxlayın. Gündə 3 dəfə süzərək için. (publika.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR