Ermənilər Luvr Muzeyinin ekspozisiyasında olan Azərbaycan xalçalarını mənimsəməyə cəhd göstərirlər

11:30 10-07-2019 | icon 489 | Siyasət
Ermənilər Luvr Muzeyinin ekspozisiyasında olan Azərbaycan xalçalarını mənimsəməyə cəhd göstərirlər

Ermənilər öz ənənələrinə sadiq qalaraq, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunan "Azərbaycan mədəni irsi Luvr Muzeyində" adlı sərgisinin açılışından "yararlanmaq" məqsədilə "qədim erməni xalçaları"nı xatırlayıblar.

 

Erməni mətbuatı öz ənənələrinə sadiq alaraq sərgidə nümayiş olunan 3 xalça üzərində xaç işarələrini əsas götürərək onları "erməniləşdirməyə" cəhd göstərir. "Xalçanı hələ e.ə. II əsrdən toxuyublar", "carpet beynəlxalq sözü əslində erməni sözüdür" kimi cəfəng fikirlər səsləndirən ermənilərin bu iddiasına o qədər də təəccüblənmək lazım deyil.

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan deyiblər.

 

İnstitutun "Xalçaşünaslıq" sektorunun müdiri, xalçaçı-ekspert, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov bildirib ki, Azərbaycan xalçaları Azərbaycan tarixinin tərkib hissəsidir:

 

"Xalçalarımız tariximiz, etnoqrafiyamız, mədəniyyətimizlə həmyaşıddır. Qafqazda xalçaçılığın xalqımızla bağlılığı danılmaz faktdır. Xalçaçılıq Azərbaycanın təbiəti, əhalimizin təsərrüfat imkanları, xalqımızın müxtəlif sənət sahələrində nümayiş etdirdiyi istedadı və bacarığı ilə bağlıdır.

Azərbaycan xalçaçısı bunu öz təfəkkürü, dünyagörüşü, mifologiyası ilə bağlı olan naxışlarla, ornamentlərlə toxuyub. Böyüklü-kiçikli bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarət olan Azərbaycan xalçasına ermənilərin qarşı iddiası cəfəngiyyatdan başqa bir şey deyil. Zənnimcə, dünyamız qarşılıqlı elmi, mədəni, siyasi, iqtisadi mübadilə üzərində köklənibsə, ermənilər də tarixən bu mübadilədən "kifayət qədər" yararlandıqlarını, xalça toxumağı (və yalnız toxumağı!) Azərbayan türklərindən öyrəndiklərini artıq etiraf etməli, yersiz hədə-qorxulara, xalçalarımız üzərində əsassız "erməni xaçı", uydurma Artsax dövlətinin sərhədləri və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar".

 

 

V.Muradov əlavə edib ki, dünyanın ən məşhur muzeylərində, kolleksiyalarında qədim Azərbaycan xalçaları və xalça məmulatları nümayiş olunur:

 

"UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Luvr Muzeyindən ölkəmizə gətirilən bu üç xalça XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid Qarabağ xalçaçılıq ənənələrini əks etdirir. Bunlardan ikisi inkişafı bilavasitə Azərbaycan xalçaçılığı ilə əlaqədar olan "Əjdahalı" xalçasının törəmələri, biri isə tarixən aran Qarabağda, daha doğrusu, Ağdamın Şıxbabalı kəndində toxunan xalçadır. Göstərilən tarixi mərhələ Azərbaycan xalçaçılığının ən məhsuldar dövrlərindəndir. XVIII əsrin sonundan etibarən Azərbaycanda bu və digər xalça çeşniləri əsasında böyük ustalıqla saysız-hesabsız xalçalar toxunub. İndi də bu tarixi ənənə uğurla davam etdirilir, yaşadılır, xalçaçılıq nəinki mədəniyyətimiz, eyni zamanda iqtisadiyyatımızın da aparıcı sahələrindən birinə çevrilir. Biz azərbaycanlılar xalçaçılığı heç bir səs-küy olmadan, əlavə canfəşanlıq göstərmədən, "bizimdir, bizimdir!" deyərək yox, xalçaya xalçaçı kimi yanaşaraq yaşadırıq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB