Versus.Az Milli.Az -a istinadən bildirir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün keçirilən "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) oyunu 0:0 hesabı ilə bitdi.
--------
18:54
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) oyunu üçün start heyətlər açıqlanıb.
Versus.Az xəbər verir ki, komandalar meydana aşağıdakı 11-liklərlə çıxıb.
"Partizani": 12. Hoca, 2. Belitsa, 7. Çinari, 10. Asani, 17. Teluşi, 20. Mala, 22. İbrahimi, 23. Hakay, 26. Kordeyro, 33. Bitri, 90. Mensah
Ehtiyat oyunçular: 1. Hika, 4. Broxa, 9. Solomon, 18. Lukas, 19. Traşi, 38. Kote, 99. Braun
"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 8. Miçel, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 10. Dani Kintana, 11. Mahir Əmrəli
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı
---------
09:51
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.
Versus.Az Qol.az -a istinadən xəbər verir ki, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" mübarizəyə bu gün start verəcək. Qurban Qurbanovun komandası Albaniyada "Partizani"nin qonağı olacaq. Ağdam klubu ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Holvardur Arnason (İslandiya)
Tirana, "Selman Stermazi" stadionu