“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

18:16 14-07-2019 | icon 1735 | Dünya
“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Riyaz Sarıkahya: "Qətliamın səbəblərindən biri də türkmən liderlərini məhv etmək, həyatlarına son qoymaq idi..."

 

14 iyul 1959-cu ildə baş verən “Kərkük soyqırımı” İraqın tarixində qara ləkədir. Bu sözləri İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya türkmənlərin qətliamının 60-cı ildönümündə verdiyi açıqlamada bildirib.

 

Türkmənlərin lideri deyib ki, düz 60 il öncə Kərkükün, Türkmənelinin, türkmənlərin, eləcə də müsəlmanların və İslam dünyasının düşmənləri insanlığa sımayan dəhşətli qətliama imza atdılar:

 

“Nə qədər ki, türkmən xalqı yaşayır, biz insanlıga sıgmayan, vəhşiliklə törədilən soyqırımı unutmaycagıq. Düşmənlərimiz qanlı ssenarini çoxdan planlaşdırıb, hazırlamışdılar. Məqsəd həm də türkmən liderlerini aradan götürmək, öldürmək idi. Bilirsinizmi, bir xalqın liderinə çevrilmək asan deyil. Liderlər öz millətinin mənəvi dəyərləri, onun yolunu aydınladan, işıq tutan qüvvələrdir, öz toplumuna, gəncliyə, gələcək nəsillərə örnəkdir. Düşmənlərimizin qanlı planları da buna hesablanmışdı”.

 

İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya bildirib ki, türkmənlərin öndə gələn isimləri albay Ata Hayrullah və qardaşı doktor yarbay İhsan Hayrullahla birlikdə digər dəyərli türkmən şəxsiyyətləri Qasım Neftçi, Selahettin və Mehmet Avçı qardaşları, Cahit Fahrettin, Abdullah Bayatlı, Kemal Bayatlı, Kemal Abdulsamet, Seyit Gani Nakip, Abdulhalik İsmail, Şakir Zeynel, Nasip Ali, Cuma Kamber, Kazim Bektaş və neçə - neçə qəhrəman insanlarımız şəhid oldular. Soyqırımda Muxtar Fuatın iki oglu, bir qızı dəhşətli şəkildə can verdilər. Nihat otuz, Cihat iyirmi beş, Emelin isə cəmi on iki yaşı vardı.

 

İnsan cəlladları türkmən şəhidlərinin çəsədlərindən də əl çəkmirdilər. Onları iplə, ya da dəmir tellərlə motoskletlərin, maşınların arxasına baglayıb küçələrdə, məhəllələrdə sürüyürdülər. Üç gün üç gecə davam edən türkmənlərin can bazarında kiminin cəsədlərini üç gün dözülməz istilərdə elektrik dirəklərindən asılı vəziyyətdə saxlamışdılar, kiminin gözləri oyulmuşdu, kimini də torpaga basdırmışdılar... Çünki biz türkmən idik. Türkmən olmagın hesabını dəhşətli üsullarla alırdılar. Bəlkə də dünya yaranandan insanlıga qarşı belə vəhşilik olmamışdı. Kərkükün məhəllələri, küçələri günahsız insanların qanları içərisində bogulurdu:

 

“General Qasım 1959 –cu ilin 20 iyulunda Bagdaddakı Mar Yusif kilsəsində etdiyi çıxışda qətliamı törədənləri qınayaraq onların ən agır şəkildə cəzalandırılacaqlarını bildirdi. Eyni zamanda da, məqsədli olaraq hazırlandıgını dedi. İyulun 28 – də general Qasım mətbuat konfransı keçirərək Kərkük qətliamını dünyanın ən alcaq, vəhşi cinayəti adlandırdı, faşistlərin belə vəhşət törətmədiklərini vurgulayaraq, hadisələr sırasında çəkilmiş fotoları jurnalistlərə göstərdi”.

 

Türkmən lider Riyaz Sarıkahya deyib ki, “Kərkük soyqırımı”nın əsas günahkarlarından bir çox həbs edilsə də, təəssüf ki, hamısı layiq olduqları cəzanı almadılar, bir çoxu azadlıgda qaldı:

 

“Amma türkmən insanları, İraq türkləri bu dəhşətli qisası qiyamətə qoymadılar. Türkmənlərin qanına susayan cəlladlarının bəzilərinin cəzasını özləri verdilər. Biz həmişə demişik və yenə təkrar edirəm, türkmənlər İraqın, bu cografiyanın barış, sülh içərisində yaşamaq istəyən xalqıdır. Əsrlərdi ki, ərəblərlə, kürdlərlə, xristianlarla və digər millətlərlə qonşu olaraq yaşayırıq. Bizə düşmənçilik etməyənlər, torpaqlarımızda, evlərimizdə gözü olmayanlar dostlarımızdı, onlarla tikəmizi bölməyə hazırıq, bu həmişə belə olub. Təəssüf ki, türkmənlərə qarşı münasibətdə bunun şahidi olmuruq. İstər Səddam dönəmində, istərsə də bir neçə il öncə İŞİD (DAEŞ) hüçumlarında, törətdikləri terror hadisələrində türkmənlərə qarşı yenə də soyqırım həyata keçirildi. On minlərlə insanımız şəhid oldu”.

 

İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya törədilən soyqırımın dünyaya çatdırılmamasından, beynəlxalq aləmin bu qətliamdan xəbərsiz olmasından təəssüfləndiyini bildirib:

“Nə yazıq ki, biz “Kərkük soyqırımı” ilə baglı heç bir film, bəlgəsəl çəkib dünyaya səsimizi duyura bilmədik. Əslində, dünyanın müxtəlif dillərində, ingilis, rus, fransız və digər dillərdə bəlgəsəl çəkib faciəmizin miqyasını çatdırmalı idik. Təəssüf ki, o vaxt bir çox fotoları, soyqırım baş verəndə çəkilən şəkilləri yox etdilər. Faciə şahidlərinin bir çoxu dünyalarını dəyişib, az sayda yaşlı insanlarımız qalıb, hansı ki, qanlı hadisənin şahidi olublar. Bundan sonra türkmənlərin səsini, varlıgını, yaşadıqları soyqırım, qətllər, faciələri çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu bizim borcumuzdur”.

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR