Hindistanda 30-a yaxın hərbçi dağıntı altında qalıb
Hindistanın Himaçal Pradeş ştatında üçmərtəbəli binanın uçması nəticəsində 30 hərbçi dağıntı altında qalıb.
Versus. Az Azərtac-a istinadla xəbər verir ki, hadisə Solan şəhərində yerli vaxtla 15:50-də baş verib. Hadisə baş verəndə binadakı banket zalında hərbçilərin ziyafəti davam edirmiş. Dağıntı altından 4 nəfər sağ çıxarılıb. Hazırda dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin ehtimala əsasən, binanın uçmasına səbəb son günlər bölgədə müşahidə olunan şiddətli yağışlardır.
Versus.Az
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...