ABŞ Konqresindəki ermənipərəstləri necə durdurmalı - sabiq nazir
Versus.Az xəbər verir ki, bu yaxınlarda ABŞ Konqresində işğalçı Ermənistanın və Qarabağdakı qondarma rejimin maraqlarını özündə ehtiva edən sənədin qəbul olunması təbii olaraq Azərbaycanda narazılıqla və narahatlıqla qarşılanıb. Söhbət Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin üzvü, ermənipərəst konqresmen Bred Şermanin iyunun 25-də Azərbaycanın hücum imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim etməsindən gedir.
Xəbər verildiyi kimi, təşəbbüs Bakının Xankəndində yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşısını almağı hədəfləyir. Belə ki, dəyişiklik qəbul ediləcəyi halda, ABŞ-ın Azərbaycana Xankəndinə qanunsuz uçan mülki təyyarələri vura biləcək silah satmasına qadağa qoyulacaq. Moderator.az-ın əldə etdiyi yeni xəbərə görə, iyulun 12-də Nümayəndələr Palatasının müvafiq komitəsi toplanaraq sözügedən təklifi müzakirə edib. ABŞ-dakı Ermənistan Milli Komitəsinin (ANCA) yaydığı məlumatda deyilir ki, 2020-ci il üçün Milli Müdafiəni tənzimləyən qanuna bəhs edilən dəyişiklik təklif olunub. Həmin təklif erməni məsələləri üzrə konqresmen həmsədrlər Frank Pallone, Ceki Şpayer, vitse-prezident Adam Şiff tərəfindən dəstəklənib. Bu minvalla qanuna Xankəndindəki hava limanına mülki təyyarələrin enib-qalxmasına şərait yaradacaq dəyişiklik lehinə 234, əleyhinə 194 səs verilməklə qəbul edilib.
Ermənipərəst konqresmen Bred Şerman dəstəyə görə həmkarlarına təşəkkür edərək deyib: ““Artsax”ın siyasi statusuna necə yanaşmamızdan asılı olmayaraq, mülki bir təyyarənin qəzaya düşmə təhlükəsi qəbuledilməzdir. Bu qorxunc davranışda azərbaycanlıları dəstəkləmədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirirəm".
Xatırladaq ki, bundan öncə ABŞ Konqresi Dağlıq Qarabağda atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı təklif olunan düzəlişi də qəbul edib. Respublikaçı konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlər təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların geri çəkilməsini, ATƏT-in müşahidəçilərinin sayının artırılmasını, təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunmasını nəzərdə tutur.
Eyni zamanda iyun ayında ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardımı nəzərdə tutan düzəlişi təsdiqləyib. Bu düzəliş Konqres üzvü, erməni məsələləri üzrə komitənin həmsədri Ceki Spiyer tərəfindən təklif edilib. “Konqresin bu düzəlişi təsdiqləməsi o deməkdir ki, ABŞ Ermənistanın demokratik tərəqqi yolunda irəliləməsini dəstəkləyir və onunla davamlı institutların qurulması yönündə işləri davam etdirəcək”,- deyə Spiyer bildirib. Spiyer xarici yardım haqqında qanun layihəsinə düzəlişi 2020-ci fiskal ili üçün təklif edib.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin davamlı şəkildə işğalçıya stimul verən qərarlar qəbul etməsi anlaşılmazdır. Əslində Ermənistanı və Qarabağ separatçılarını himayəyə, həmçinin onlara maddi yardım göstərilməsinə yönəlmiş son addımlar Azərbaycan ərazilərinin işğalına xeyir-dua xarakterlidir. Düzdür, konqresmen Bred Şermanin tərəfindən təqdim olunan düzəliş hələ Senatda təsdiqlənməli, daha sonra prezident Tramp tərəfindən imzalanmalıdır. Lakin istənilən halda, ilk addımın atılması belə qəbulolunmazdır. Təbii ki, bu, Konqresdəki erməni lobbisinin işinin nəticəsidir. Amma bütün bunlar ədalət tərəfdarı olduğunu bəyan edən ABŞ dövlətinin adına yazılan qərarlardır.
Xatırladaq ki, ABŞ nə Gürcüstan, nə Moldova, nə də Ukraynadakı separatçılara hər hansı yardım göstərmir, əksinə, Rusiyanı daim təhdid edir ki, separatçılara dəstəyinə son qoysun və ərazilər işğaldan azad edilsin. Üstəlik, bu günlərdə Ukraynaya silah yardımı ilə bağlı qərar da verilib. Lakin Azərbaycana gəldikdə, fərqli davranış sərgilənir - baxmayaraq ki, ABŞ bu problemin tənzimlənməsində vasitəçi dövlətlərdən biridir. Onu da qeyd edək ki, ATƏT Parlament Assambleyasının bu günlərdə Luksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Deklarasiyada Azərbaycanın təklifləri nəzərə alınıb. Qəbul olunan bəyannamənin 22-ci maddəsində yer alan müddəa maddədə nəzərdə tutulur ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan münaqişələrə eyni prizmadan yanaşılmalıdır.
Bu, bir ilkdir! ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova da bildirdi ki, sənəd dərhal Parlament Assambleyasının Nazirlər Şurasına təqdim olunur və qurum bundan sonra həmin sənədə istinad edəcək. Deməli, bu sənədə əsasən, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon da Azərbaycan ərazisi kimi göstərilir. Hətta 7 rayonun adları da sadalanır. ABŞ Konqresinin ATƏT PA-dakı bu qərarı da görməzdən gəlməsi anlaşılan deyil.
Qeyd edək ki, digər həmsədr Fransa son zamanlar yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində addımlar atmaqla erməniləri pərt vəziyyətinə salmış oldu. Belə ki, Fransa məhkəmələri ölkənin ayrı-ayrı şəhərlərinin rəhbərliyinin Dağlıq Qarabağdakı qondarma qurum təmsilçiləri ilə imzaladığı müqavilələri ləğv etməklə Ermənistana zərbə vurdu. Ancaq təbii ki, bu nəticə Azərbaycan dövlətinin və diasporunun fəaliyyəti nəticəsində əldə olundu. Bu mənada analoji fəaliyyətin ABŞ-da da göstərilməsi yalnız işin xeyrinə olardı.
Bu yaxınlarda ABŞ Konqresində işğalçı Ermənistanın və Qarabağdakı qondarma rejimin maraqlarını özündə ehtiva edən sənədin qəbul olunması təbii olaraq Azərbaycanda narazılıqla və narahatlıqla qarşılanıb. Söhbət Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin üzvü, ermənipərəst konqresmen Bred Şermanin iyunun 25-də Azərbaycanın hücum imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim etməsindən gedir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədəki şəxsi səhifəsində maraqlı təkliflə çıxış edib. Diplomat bildirib ki, Fransadakı uğursuzluqlardan sonra ABŞ-dakı erməni diasporu “Azərbaycana zərbə” endirməyə cəhd göstərir. ABŞ Konqresindəki erməni yanlıların fəaliyyətindən bəhs edən sabiq nazir hesab edir ki, Azərbaycan bir neçə milyon dollar xərcləməklə vəziyyəti öz xeyrinə dəyişə bilər.
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında səsləndirilən təklifə müsbət reaksiya verdi: “Bir şeyi anlamamız lazımdır ki, Azərbaycanın xarici ölkələrdə öz haqlılığını ortaya qoyub onu qəbul etdirmək üçün imkanları genişdir. Hər şeydən əvvəl Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və istər-istəməz ağlı başında olan adamlar qəbul edirlər ki, bu ərazi işğal olunub və burada yaşayan əhali öz doğma yerlərindən qovulub. Biz 1 milyon deyirik, amma beynəlxalq aləm bunu 758 min deyir. Qoy desinlər, əsas odur ki, bu təcavüz dolayısı ilə də olsa, qəbul olunur. Azərbaycanın öz torpaqlarını azad etmək hüququ olduğunu da çox gözəl bilirlər”.
Q.Çaxmaqlı qeyd etdi ki, erməni lobbisinin ABŞ-da hər fürsətdə Azərbaycana qarşı təxribatlarını davam etdirəcəyi məlumdur: “Amma amerikalılar üçün kontur-arqumentlər də olmamış deyil. Amerika niyə Azərbaycana silah satmır? Yalnız o silahların Dağlıq Qarabağda erməni əhaliyə qarşı istifadə ediləcəyi əndişəsi içində olduğuna görəmi? Bu məsələnin kökündə başqa faktorlar da rol oynamaqdadır. Ermənilər və onların lobbisi son illərdə bu taktikanı seçdilər ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul elətdirsinlər. Eynilə 1915 olaylarını ”soyqırım" olaraq qəbul elətdirmək siyasətini aparmağa başladılar. Təsir imkanları güclü olan bəzi ölkələrdə buna nail oldular. Amma bu, hər yerdə xoş və ədalətli qarşılanmadı. Çünki məsələ məhkəməyə daşınan kimi, haqlı olaraq bu torpaqların beynəlxalq sənədlərə görə Azərbaycana aid olduğu aşkar edildi. Harada bunun üzərinə gedilibsə, Azərbaycan ermənilər üzərində zəfər çalıb və bu iş, zənnimcə, davam etdirilməli, üstəlik, burada yaşanan Xocalı faciəsi də diqqət mərkəzinə daşınmalıdır. Dediyim odur ki, biz haqlı tərəfik. Nə qədər “ikili standartlar”la yanaşılsa da, demokratik oluşumlarda ədalət deyilən bir prinsip var və o, hər zaman bizim xeyrimizə işləyəcək. Yetər ki, bizim xaricdə olan səfirliklərimiz, təmsilçi orqanlarımız, Azərbaycan təşkilatları hüquqi müstəvidə bir az aktiv olsunlar".
Bu yerdə xatırladaq ki, ABŞ Konqresinin Azərbaycana qarşı “907-ci düzəlişi” 1992-ci ilin oktyabrında qəbul edilib. Keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığın Dəstəyi Aktı” adlı qanunun tətbiqi 2002-ci ildən ABŞ prezidenti tərəfindən dayandırılsa da, tam ləğv edilməyib. Bu cür ikili yanaşma isə istər-istəməz ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir, dünyanın supergücünün imicinə zərbə vurur. Azərbaycan antiterror əməliyyatlarında ABŞ-ın yanında yer alıb, lakin Ermənistan ABŞ-ın iradəsinə zidd olaraq Rusiya ilə birgə Suriyadakı proseslərdə iştirak qərarını verdi. Lakin bütün bunların qarşılığında ABŞ Konqresi işğalçıya dəstək verməkdədir.../Yeni müsavat/
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...