Bu ağrıların səbəbləri...

21:57 20-07-2019 | icon 474 | Sağlamlıq
Bu ağrıların səbəbləri...

Bel, boyun, oynaqlarda yaranan ağrılar çoxlarını narahat edir. Bu ağrıların səbəbləri, eləcə də müalicə metodları fərqli, müxtəlifdir.   

 

Bəs bu ağrıları təbii üsullarla aradan qaldırmaq, ağrıları yüngülləşdirmək mümkündürmü?

 

Həkim-fitoterapevt Fizuli Hüseynov bildirib ki, insan yaşlandıqca sümük və oynaqlarda deformasiya - əyilmə baş verdiyindən oynağa düşən yük artır və ağrılar da çoxalır, oynaqlarda iltihab, artroz, fəqərəarası oynaqlarda sürüşmə və yırtıqlar əmələ gəlir. Oynaqlarda əmələ gələn ağrıların ən çox rast gəlinən səbəbi onurğa fəqərələrində baş verən distrofiya (əhali arasında duzlaşma adı ilə tanınır) və onun son nəticəsi olan osteoxondroz sonra isə  artrozdur. Bədəndə maddələr mübadiləsinin pozulması, oynağın qidalanmasının zəifləməsi, oynaq daxilindəki mayenin azalması nəticəsində oynaq qığırdağı distrofiyaya uğrayır, yəni yapıxır və nazikləşir. Nəticədə də oynaqlar bir-birinə sürtülür, qığırdağın tamlığı pozulur, sonda da dəhşətli ağrılar əmələ gəlməyə başlayır.

Cavan yaşlardan oynaqları qorumaqla yaşlananda artrit və artroz kimi oynaq xəstəliklərinə tutulma riskini azaltmaq olar. Bunun üçün birinci növbədə hər gün açıq havada 1 saat yeyin addımlarla gəzmək və bol çiy su içmək önəmlidir.

Oynaq ağrıları zamanı faydalı resept:

Bal - 1 xörək qaşığı

Çay sodası - 1 xörək qaşığı

Naxçıvan duzu - 1 xörək qaşığı

 

Xardal tozu - 1 xörək qaşığı

Zeytun yağı (rafinə olunmamış) - 1 xörək  qaşığı

Komponentlər bir-birinə qarışdırılır, oynağın üstünə çəkilərək sellofanla örtülür, 2 saatdan sonra yuyulub təmizlənir.

Və yaxud 5-10 baş sarımsaq soyulur 20 dəqiqə buxara verilir. 50-100 qram təzə qoyun quyruğu ilə qarışdırılır oynaq üzərinə qoyularaq bağlanılır. Bağlanandan sonra 3 gün oynaqda saxlanılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı