Çində məktəbli iki təyyarə oğurlayıb

20:59 21-07-2019 | icon 389 | Dünya
Çində məktəbli iki təyyarə oğurlayıb

Çində 13 yaşlı oğlan kiçik mühərrikli iki təyyarə oğurlayıb.

 

Versus.Az  xəbər verir ki, bu barədə "Daily Mail" nəşri bildirib.

Qeyd edilir ki, məktəbli gecə səyahət bürosuna aid olan anqara soxulub və kiçik təyyarəyə oturub. O, bundan sonra təyyarəni işə salmağa çalışıb. Lakin hava maşınına idarəetməni itirib və təyyarə hasara çırpılıb. Oğru qəzadan sonra başqa təyyarəyə əyləşərək onu oğurlamağa qərar verib. Lakin o, avtodayanacaqda bir neçə dairə qət etdikdən sonra təyyarəni orda qoyaraq anqarı tərk edib.

 

Səyahət bürosunun əməkdaşları hadisə barədə yalnız səhər işə gəldikdə biliblər. Polis əməkdaşları yeniyetməni saxlayıb.

Büronun mühəndislərindən biri xatırlayıb ki, hadisədən bir gün əvvəl oğlan mühərrikin təmirini müşahidə edib. Yeniyetmə təyyarəni idarə etməyi bir neçə saat ərzində öyrənib. (report.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR