Eks deputatlığa namizəd Qubanın rəsmilərinə, millət vəkilinə səsləndi

01:08 23-07-2019 | icon 772 | Siyasət
 Eks deputatlığa namizəd Qubanın rəsmilərinə, millət vəkilinə səsləndi

"Tanınmış jurnalist Əvəz Zeynalli Qubanin Dağlı kəndində əhalinin üzləşdiyi su problemini ictimailəşdirib. Bir Qubalı olaraq, buna görə Əvəz bəyə təşəkkür edirəm".

 

Versus.Az xəbər verir ki, bu barədə siyasi ekspert Əliabbas Məhərrəmli sosial şəbəkədə yazdığı statusunda bildirib.

Ə.Məhərrəmli keçmiş deputatlığa namizəd və qarşıdan gələn seçkilərdə yenidən namizədliyini irəli sürəcək bir siyasətçi və xüsusilə bir qubalı kimi bildirib ki, o, həmin problemlə maraqlanıb, məsələnin həlli üçün müəyyən işlər görməyi özünə borc bilib. Onun sözlərinə görə, Dağlı kəndinin su problemi yeni deyil  və kənd böyüdükcə, problem də dərinləşib. 


Ə.Məhərrəmli bildirib ki, o, məsələ ilə əlaqədar "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Quba İdarəsinin rəhbərliyi ilə əlaqə saxlayıb. Cəmiyyətdən ona bildirilib ki, Dağlı kəndində su probleminin həlli olunması üçün artıq böyük bir layihə hazırlanıb və yaxın vaxtlarda onun icrasına başlanılacaq. 

 

"Mən Quba rayon icra hakimiyyətinin başçısına və “Azərsu”yun rəhbəri Qorxmaz müəllimə müraciət edərək, bu işin sürətlənməsi ücün səylərini əsirgəməmələrini xahiş edirəm. 
Eyni zamanda, Dağlı kəndinin daxil olduğu seçki dairəsindən seçilmiş deputat Vahid Əhmədovun da o layihənin tezliklə həyata keçirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırması işin faydasına olardı.
Yeri gəlmişkən, Dağlı kəndinin əhalisinə də səslənirəm. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Vəziyyətinizə baxın və sizi uzun illər susuzlugdan xilas edə bilməyən, bələdiyyənin indiki rəhbərliyinə, üzvlərinə bir nəfər kimi yox deyin, onların yerinə sizin problemləri həll etməyə qadir olan şəxsləri seçin. Çünki kənd bələdiyyəsi bu illər ərzində heç olmasa, əlavə bir artezian quyusu qazdırıb, problemi qismən aradan qaldıra bilərdi. Ancaq təəssüf ki, etməyib. Bu məsələni diqqətdə saxlayacağıq"-deyə Ə.Məhərrəmli bildirib.

 

Ləman

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR