"Qara yara" torpaqdan da yoluxur

12:45 02-08-2019 | icon 541 | Sağlamlıq
"Qara yara" torpaqdan da yoluxur

Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara" xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.

 

Versus.Az xəbər verir ki, bunu bu gün keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

 

Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, "qara yara"dan şübhələnmək lazımdır:

"Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Lakin "qara yara" xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik".

 

R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur:

"Zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. "Qara yara" xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da bu xəstəliyə yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda hansısa cızıq olanda "qara yara"ya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona bu virusu iynə ilə vursan da, qarayaraya yoluxmur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR