ATƏT-in nümayəndəsi Əli Əliyevlə görüşüb

19:25 28-03-2018 | icon 554 | Siyasət
ATƏT-in nümayəndəsi Əli Əliyevlə görüşüb

VİP sədri namizədliyinin əsassız olaraq qeydiyyata alınmadığını deyib

 

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda Seçki Müşahidə Missiyasının üzvü Qoran Petrov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə görüşüb.

 

VİP-in mətbuat xidmətindən Versus.az-a verilən məlumata görə, VİP qərargahında baş tutan görüşdə Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesinin gedişatı müzakirə olunub.

 

Sədri olduğu partiyanın şəraitdən asılı olmayaraq, bütün seçkilərdə iştirakın tərəfdarı olduğunu ATƏT nümayəndəsinin diqqətinə çatdıran Əli Əliyev Azərbaycan hakimiyyətinin ədalətli seçki keçirmək niyyətində olmamasının elə ilk mərhələdə üzə çıxdığını bildirib.

 

VİP sədri namizədliyinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən əsassız olaraq qeydiyyata alınmadığını qeyd edib. VİP sədri bunu hakimiyyətin real alternativlərsiz seçki keçirmək niyyəti ilə əlaqələndirib.

 

Əli Əliyev Qərbin demokratik institutlarının Azərbaycandakı demokratik proseslərə dəstək vermədiklərini də xüsusi vurğulayıb. O, bildirib ki, üzləşdikləri ədalətsizliyə baxmayaraq, VİP demokratik cəmiyyət quruculuğu istiqamətində fəaliyyətinə ara verməyəcək.

 

Qoran Petrov isə öz növbəsində qeyd edib ki, ATƏT DTİHB Azərbaycandakı seçki prosesini diqqətlə izləyir.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR